Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə191/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
197 
çıxır. Yaponların dünyanın və yaponların yaradılışı haqqında ilk 
mifoloji görüşlər və rəvayətlər, o cümlədən sintoizm haqqında ən 
qədim məlumat “Kodziki” və “Nixonqi” salnamələrində rast 
gəlinir. Yapon təəsüvvürünə görə ilk əvvəl kainatda xaos, qarışıqlıq 
hökm sürürmüş. Sonradan göy yerdən aralanıb, İzanami (qadın) və 
İzanaqi (kişi) yaradılıb. İzanaqi torpağı, o cümlədən Yaponiya 
adalarının yaradıcısı və demiruqu kimi təsvir olunur. Rəvayətə görə 
İzanaqi qurunu sudan ayırmaq üçün səmadan göy qurşağı ilə 
göyün körpüsündə dayanaraq uzun nəhəng nizəsi ilə dənizidən 
adaları yaratmışdır: nizədən süzülən damcılardan adaların qövsvari 
silsiləsi yaranır. Bu ölkənin qədim adı Yamoto sözünün 
mənalarından biri “Dağların yolu” ifadəsi rəvayətin mahiyyətini 
ifadə edir. Çünki, Yaponiya hər şeydən əvvəl dağlar, adalar 
diyarıdır. Yaponiyada günəş həmişə dağların arxasından doğur və 
dağların arxasında da qürub edir. 
Yapon dilində ölkənin hüdudlarını aşan və əcnəbi 
vətəndaşın Yaponiya haqqında təsəvvüründə onlar qədər səciyyəvi 
obraz yaradan sözlərdən biri kimono, qeyşa, samuray, ninza 
sözləridir. Bu sözlər çoxlarına məlum olsa da mahiyyəti haqqında
heç də həmişə düzgün təsəvvür yaratmır. “Qeyşa” sözü iki qey –
talant, istedad və sya- insan heroqlifdən əmələ gəlmişdir və hərfi 
tərcüməsi incəsənət adamı deməkdir. Qeyşa –həqiqətən istedaddır, 
çünki, o həm yaxşı rəqqas, yaxşı müğənni, yaxşı aktyor, yaxşı 
natiq, yaxşı filosof, yaxşı çələng ustası, həm də yaxşı sensey 
ifaçısı olmalıdır. Qeyşa biliyi, bacarığı və mədəniyyəti ilə insanlara 
xidmət edən sənət adamıdır, xidmətçidir. Amma, əxlaqsız qadın 
deyil.“Hər şeyin öz yeri var” əxlaqı ilə yaşayan yaponlar qadınları 
üç kateqoriyaya bölürlər: ev xanımı, nəsil artırmaq üçün; qəlb 
üçün- qeyşa və nəhayət şəhvət hissi üçün –oyran Bu sənətin 
Yaponiyada çox qədim keçmişi var. Tədqiqatçılar qeyd edirlər ki, 
yapon dilində qeyşa sözü XVIII əsrin ikinci yarısından etibarən 
işlənməyə başlanmışdır. 11—15 yaşda müvafiq kursu bitirdikdən 
sonra qızlara fəaliyyətə yeni başlayan qeyşa, daha doğrusu mayko 
adı verilir. Əksər hallarda maykonun adı böyük bacının adının bir 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin