Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə199/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
205 
həyatını müəyyənləşdirdiyinə inanılır. Yəni bu həyatda yaxşı olsan 
bir sonrakı həyatında daha yaxşı olacaqsan.
Hindistandа canlılara inam kultu vardır. Belə ki, ilan, 
meymun, fil kultu və s. totemist mənşəyə malikdir. Hindistanda bir 
sıra heyvanlar, məsələn, inək müqəddəs hesab olunur. 
Hinduizmdə hər yеrdə ibadət еtmək olar və ibadət fərdi 
şəkildə edilməlidir. Onların inancına görə, harda ibadət еdirsənsə 
еt, tanrı səni görür. Hinduizm dininə mənsub olan şəxslər tanrıların 
bütlərinə sitayiş еdir, onların önündə fikrə dalırlar.
Hinduizm dinində ziyarət еdilən 7 müqəddəs yеr vardır. 
Həmin ziyarət məskənlərinin ən məşhuru Bеnarеsdir. Benaris Qanq 
çayının yaxınlığında yerləşir. Hindlilər ölülərini yandırıb küllərini 
Qanq çayına tökürlər. Ümumiyyətlə, su kultu Hindistanda inkişaf 
etmiş, Qanq çayı insanı mənəvi olaraq bütün çirkablardan 
təmizləyən məkan kimi qəbul edilmişdir. Hindlilər Qanq çayının 
sahilində ölməyi özləri üçün ən böyük xoşbəxtlik hesab edirlər. 
Hindistanda mövcud olan dinlərdən biri islam dinidir. 
Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. İslam Hindistanda 
ən geniş yayılmış 2-ci din kimi davam edir. Hindistandakı məşhur 
Tac Mahal müsəlman bir İmperator - Şah Cahan tikdirib. 
Hindistanda yaşayan müsəlmanlar arasında Hind-İslam 
mədəniyyəti qarşılıqlı inkişaf etmişdir. Hindular Müsəlmanların 
məqbərələrini ziyarət edə və ya Müsəlmanlar da hindlilərin təşkil 
etdiyi festivallarda iştirak edə bilərlər. 
Hindistanda 3-cü böyük dini qrup xristianlardır (əhalinin 
3 %-i). Hal-hazırda Hindistan xristianlarının yarıdan çoxu ölkənin 
cənubunda məskunlaşıb. 
Hinduizmdən aralanmış sikhizm indiki zamanda Hindistanda 
müstəqil din kimi tanınır. Sikhizm ölkə əhalisinin 2 faizini təşkil 
edir. Əsasən Pəncab əyalətində yaşayırlar. Sikhizm islam və 
hinduizm dinlərinin prinsiplərinin birəşdirilmiş sintezidir.
Hindistanda həmçinin 3,8 milyon buddist yaşayır. Buddizmin 
mahiyyəti belədir: şəxsi arzularına son verməyən insan əziyyət 
çəkməyə məhkumdur. Yəni özünə hakim olacaqsan, əlindəki ilə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin