Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə198/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
204 
müхtəlif təbliğаti-tibbi, аdministrаtiv, təhsil və s. prоqrаmlаr həyаtа 
kеçirilir.
Xalqların sosializasiyasında təhsilin önəmli rolu vardır. 
Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. 
Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə 
geniş təhsil sistemi təşəkkül tapıb. 
Ölkədə məktəbəqədər təhsil sistemi geniş inkişaf etmə-
diyindən uşaqların məktəbə hazırlığında müəyyən çatışmazlıqlar 
özünü büruzə verir. Hindistan Konstitusiyasına əsasən 14 yaşına 
qədər uşaqlara icbari təhsil almaq hüququ verilir. İbtidai və orta 
təhsil pilləsində 6-18 yaş arasındakı uşaqlar təhsil alır.
Hindistanda yaşlıların təhsili müxtəlif proqramlar və qrantlar 
çərçivəsində həyata keçirilir. Bu baxımdan savadsızlığın ləğvi üzrə 
milli strategiya əsas rol oynayır. Yaşlıların təhsili sahəsində QHT-
lər (qeyri hökumət təşkilatları) də fəal iştirak edir, hər kəsə 
həyatboyu təlim imkanının yaradılması istiqamətində ciddi səylər 
göstərilir. Əhalinin aztəminatlı təbəqələri üçün nəzərdə tutulmuş 
peşə təlimi proqramları və qadınların savadlılıq səviyyəsinin 
yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. 
Ölkə Konstitusiyasına əsasən milli azlıqların təhsili 
vətəndaşların bərabərliyi prinsipinə uyğun olaraq təşkil edilir. 
Hökumət etnik azlıqların təhsil imkanlarının artırılmasına xüsusi 
diqqət yetirir.
Dünyada heç bir ölkə, Hindistandakı qədər dini müxtəlifliyə 
və zənginliyə malik deyildir. Bu ölkədə hər şey din üzərində 
qurulub. Ölkənin hər bir guşəsində dinin təsirlərini görmək 
mümkündür. Küçələrdə, binalarda, insanların gündəlik 
paltarlarında, hətta gözlərində belə. 
Hindistan dinləri içərisində ən geniş yayılmışı məşhur 
hinduizmdir. Hindistanın 80%-dən çoxu hinduizmə inanır. Əslində 
hinduizm bir həyat tərzidir. Hinduizmdə 330 milyon tanrı var. Ən 
əhəmiyyətlisi isə Brahma, Vişnu və Şivadır. Vişnu kainatın 
qoruyucusudur. Brahma isə dünyanın yaradıcısıdır. 
Bu dində insanın əvvəlki həyatının onun bugünkü və sonrakı 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin