ETNOPSİXOLOGİYA 212
mövzusu əsas yer tuturdu. 30-cu illərin sonunda Armayn Pane,
X.B.Yasin, X.Bandaharonun əsərlərində realist ideyalar daha
üstünlük təşkil edirdi. İndoneziyada mütərəqqi ədəbiyyat ancaq o
müstəqillik qazandıqdan sonra daha yüksək şəkildə inkişaf etməyə
başladı.
Musiqisi.
İndoneziyada xalq musiqisi yüksək
professionallıqla inkişaf etmişdi. Slendro (pentatonika növü) və
peloq (tonları qeyri-bərabər olan 7 pərdəli lad) İndoneziya
musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş heterofoniya və
çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir.
Orta əsrlərdə mövcud olan qamilan xalq çalğı alətləri orkestri
İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir.Musiqi
alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb
alətləri), sulinq (nəfəs aləti) geniş yayılmışdır. İndoneziyanın
professional musiqisinə XX əsrdə Avropanın dini musiqisinin
(Qriqori xorları) müəyyən dərəcədə təsiri olmuşdur. Ölkədə
respublika yarandıqdan sonra bir sıra həvəskar və professional
musiqi kollektivləri, Cokyakarta, Cakarta radioları nəzdində
kamera orkestrləri yaradılmışdır. Surakarta şəhərində
konservatoriya və İndoneziyada klassik musiqi məktəbi açılmışdır.
Həmin dövrdə Sucasmina, A.Pasaribu, Susbini kimi məşhur
bəstəkarlar fəaliyyət göstərmişlər.
İndoenziyanın dini bayramları.lX Tilem Kesanganın şərəfinə
keçirilən bu bayram sudakı həyatdan məğzını götürən okeanın
mərkəzində yaşamış allahlara ittihaf edilən yuyulma günüdür.
Hinduizm dininə etiqad edən İndoneziyalılar onlara-yəni tanrılara
qarşı müqqəddəs mərasimlər yerinə yetirirlər.
Nyepinin anlamı. Hal-hazırda Ngrupuk ərazisində təntənə ilə
keçirilən Ogoh-ogoh mərasimi məhz Bhuta Yacnaya həsr edilən
mərasimlərdəndir.Nyepi sözü Sepi sözündən gələrək sakitlik,
səssizlik deməkdir. Nyepi bayramı əslində Xristiyan təqviminin 78-
ci ilindən başlayan Caka kalendarı-təqvimi əsasında Hinduizmin
yeni bayramı sayılır. Xristiyan təqvimində olan yeni ili Saka
təqviminində Menyepi əvəz edir. Günlük edilən fəaliyyətlər