ETNOPSİXOLOGİYA 210
mürəkkəb tarixi vardır. Ölkənin paytaxtı Yava adasındakı Cakarta
şəhəridir. Sərhəd qonşuları Papua Yeni Qvineya, Şərqi Timor və
Malayziyadır. Digər qonşu ölkələr Sinqapur, Filippin, Avstraliya,
Andaman və Nikobar adalarıdır.
Coğrafiyası. İndoneziya dünyada ən böyük arxipelaqdır.
Rəsmən statistikaya görə arxipelaq 17,804 adadan ibarətdir,
onlardan 7,870 – adlı, 9,634 – adsız, 6000-də əhalisi var: 5 əsas və
30 kiçik arxipelaqlarda yerləşənlər adalar. Papua adasında yerləşən,
4,884 metr hündürlüyü olan Pancak Caya zirvəsi ölkənin ən hündür
yeri, Sumatra adasında yerləşən Toba gölü isə sahəsinə görə (1,145
kv.m) İndoneziyanın ən böyük gölüdür. Ən uzun çayı isə
Kalimantan adasında olan Mahakam və Barito çaylarıdır.
İndoneziya tektonik cəhətdən fəal ərazidə yerləşdiyinə görə,
ərazisində Krakatua və Tambora vulkanları da daxil olmaqla, 150-
dən çox aktiv vulkan var.
Tarixi. İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və
Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II-V əsrdən
başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə
Tarum, Kalinq, Malayya, Şirvicayya kimi erkən dövlətlər
formalaşmağa başladı. XIII əsrdə arxipelaqın əksər hissəsini əhatə
edən böyük imperiya möhkəmləndi, Yavadakı, Macapani dövləti
ilə birləşdi, lakin XVI əsrdə İndoneziya müsəlman sülalələrinin
başçılıq etdiyi kiçik dövlətlərə bölündü. Avropalılar isə
İndoneziyanı XIX əsrin sonu XX əsrin əvvəllərində, demək olar ki,
işğal etdilər. 1941-1942-ci illərdə İndoneziyanı Yaponlar işğal etdi.
1945-ci il avqustun 17-də İndoneziya müstəqillik əldə etdi, unitar
İndoneziya Respublikası elan olundu.
Mədəniyyəti. İndoneziya aqrar ölkə idi, 1940-ci ildə aparılan
hesablamalara görə əhalinin yalnız 6%-i savadlı idi. Yalnız 1961-ci
ildən etibarən ibtidai təhsil məcburi oldu. 1977-ci ildə ölkədə 28
dövlət universiteti, 23 özəl universitet fəaliyyət göstərirdi. Məsələn,
Cakarta şəhərində İndoneziya Universiteti, Cokyakartada Qaca –
Mada Universitetləri, Banqdunda Pacacaran Universiteti, Texnoloji
Universitetlər fəaliyyət göstərir. Ölkədə həmçinin böyük