ETNOPSİXOLOGİYA 211
mədəniyyət və incəsənət mərkəzləri də mövcuddur: Boqorda təbiət
elmləri kitabxanası, Cakartada Parlament kitabxanası, Mədəniyət
muzeyi, Zoologiya muzeyi (Cakartada) və s.
Mətbuatı .İndoneziyada 100-dən çox gündəlik qəzet çıxır.
İndoneziya dilində "Merdeka", "Sinar xarapan", "Kompas",
"Anqkatan bersencata", "Brita Buana", "Suara Kaya", "Pelita",
ingilis dilində "İndonezian observer" (1950) və başqa adda qəzetlər
nəşr edilir. Cakartada həmçinin dövlət radio və televiziya şirkətləri
də fəaliyyət göstərir.
Ədəbiyyatı. İndoneziya ərazisində VII əsrin sonu- VIII əsrin
əvvəllərinə aid olan daş kitabələr, yazılı abidələr mövcuddur. Bu
kitabələr, əsasən, Malayya və Yava dillərində yazılmışdır. Yava
dilində ədəbiyyat da IX-XI əsrlərdə daha yüksək şəkildə inkişaf
etmişdir. "Ramyana" (Hind şairi Bhattinin "Ravana vadha" eposu
əsasında), "Arcunanın toyu" poemalarını misal gətirmək olar. Bu
dövrdə İndoneziyada ədəbiyyatın inkişafına Hind ədəbiyyatı güclü
təsir göstərmişdir. Lakin bununla belə mifologiyaya əsaslanan və
tarixi inkişafı əks etdirən əsərlər də yazılmışdır. Məsələn, "Tantu
Pangelaran", "Pararaton" kimi mifologiyaya istinad edən nəsr
əsərlərini, Prapançanın "Naqarakertaqama" poemasını göstərmək
olar. Həmzah Fansuri, Nurəddin ər – Raniri, Əbd ür – Rauf və
başqalarının tarixi, didaktik və islamın təbliğinə xidmət edən
əsərləri meydana gəldi. Ədəbi dil inkişaf etməyə başladı. Bu işdə
Abdullah bin Əbdülqadir Münşinin rolu daha böyük olmuşdur.
Onun əsərləri o dövr üçün ədəbi dil nümunələrinə çevrilmişdir.XVI
– XVIII əsrlərdə yaşayıb yaratmış ədiblərin əsərlərində maarifçilik
ideyaları da təbliğ edilirdi. Məhəmməd Musa, Viləm İsgəndər Mud
və başqalarının yaradıcılığında bu daha qabarıq verilmişdir. Bu
dövrdə həm də İndoneziya dili də dövlət dili kimi formalaşdı. XIX
əsrin sonu XX əsrin əvvəllərində daha zəngin və ziddiyyətli əsərlər
yazılmağa başladı. M.Rusei, Nur Sultan İsgəndər məişət romanları,
S.T.Əlişahbana maarifçi romanlar, R.Əfəndi və M.Yəmin
vətənpərvər ruhlu şerlər yazdılar. Əbd ül Muis, Asmar Hadi və
başqalarının yaradıcılığında müstəmləkəçiliyə qarşı mübarizə