ETNOPSİXOLOGİYA 209
Holi hindu bayramları içində ən coşğulu olanıdır. Bu bayram
qışın qurtarması və yazın gəlişi münasibətilə qeyd olunur. Əsasən
aşağı kastaların bayramı sayılan Holi məhsuldarlıq bayramıdır,
phalqun (fevral-mart) ayında keçirilir. Holi günlərində küçələr rəqs
edən, müxtəlif mahnılar oxuyan izdihamla dolub daşır. Bayram
iştirakçıları paltarlarını göyqurşağı kimi rəngləyir. Holi bayramında
qocalar əylənirlər, uşaq və qadınların su hücumlarına itaətkarlıqla
tab gətirirlər. Həmin gün müxtəlif oyunlar oynanılır.
Hindistаnda müxtəlif dinlərin nümayəndələri olduğundan
onların da bayramları Hindistanda təntənəli qeyd olunur. Ramazan
bayramı, Qurban bayramı Hindistanda rəsmi bayramdır.
Hindistan zəngin ədəbi, bədii irsi ilə də fərqlənir.
Araşdırmalar göstərir ki, Hindistan qədər zəngin və qədim folklora
malik başqa bir ölkə tapmaq bəlkə də mümkün deyil. Hindistanın
türk əsilli məşhur şairi Əmir Xosrov Dəhləvi çox zəngin bir irs
yaratmışdır. Əmir Xosrov dühasına dəlalət edən faktlardan biri də
onun, nəzm və nəsr nümunələrini eyni ustalıqla yaratmasıdır. O,
həm də böyük musiqiçi olmuşdur.
Hindistanın digər böyük ədibi Rabindranat Taqor olmuşdur.
Onun ədəbi və ictimai fəaliyyəti olduqca geniş və hərtərəflidir.
R.Taqorun ictimai-pedaqoji, elmi, fəlsəfi, dini və publisistik
sahələrdə mükəmməl əsərlər yaratmışdır. R.Taqor sülh, dostluq və
xalqlar arasında qarşılıqlı ünsiyyətin mahir və mübariz
tərənnümçüsü olmuşdur. R.Taqor yaradıcılığı bütünlükdə hind
ədəbiyyatının inkişafında çox mühüm rol oynamışdır.
Hindistanın ən böyük epik ədəbi əsərləri “Mahabharata” və
“Ramayana” dastanlarıdır.
5.1.6. İndoneziya xalqlarının etnopsixoloji xüsusiyyətləri İndoneziya Şərqi Asiyada ən böyük dövlətdir. Rəsmi adı
İndoneziya Respublikası. Dünyada sahəsinə görə 16-cı yerdədir.
Ən böyük adalar dövlətidir, Zond arxipelağında yerləşir. Əhali
sayına görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika
Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və