Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə201/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
207 
mədəniyyətinə də dinin təsiri böyükdür. Bundan əlavə Hindistana 
gələn digər xalqların qida mədəniyyəti də hind mətbəxinə müəyyən 
qədər təsir göstərmiş, dəyişilmiş və daha mükəmməl bir sintez 
formalaşmışdır. Yeməklərin bölgələrə görə fərqlənməsində iqlim, 
fərqli dinlər, fərqli etnosların mətbəx mədəniyyəti əsaslı rol 
oynayır. Məsələn, hindlilər inək əti, müsəlmanlar donuz əti, 
buddistlər isə heç bir ət yеməyi yеmir, bu da onların yemək 
mədəniyyətini müəyyənləşdirir.
Sağlam qida prinsipi hind mətbəxinin bünövrəsidir. Hindlilər 
yemək hazırlayarkən və yemək mərasimi zamanı sakit və şən 
atmosferin olmasına çalışırlar. Hind mətbəxini digər mətbəxlərdən 
fərqləndirən əsas cəhətlərdən biri də yeməklərin həddən artıq çox 
acı və ədviyyatlı olmasıdır. Ədviyyat hind mətbəxinin canı və 
sehridir. İsti iqlim və spesifik sanitar şərait hindliləri məcbur edir 
ki, yeməyin tərkibinə çoxlu miqdarda istiot əlavə olunsun. Bu 
zaman orqanizm dezinfeksiya olunur və hər hansı infeksiyanın 
yaranmasının qarşısı alınmış olur. Qeyd etdiyimiz kimi hindlilər 
təzadlarla doludur. Bu xüsusiyyət hind mətbəxində də özünü 
göstərir. Belə ki, hind mətbəxində turş, duzlu, şirin, acı, tünd 
qiadalar bir arada istifadə olunur və onlar bir-birinə uyğunlaşır. 
Hind aşpazlarının ustalığı müxtəlif ədviyyatların incə şəkildə 
qarışdırılaraq gözəl dadlar əldə etməkdə görünür.
Hind musiqisi dünyanın ən qədim musiqilərindən biridir. 
Fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin Hindistanda 
məskən salması, mədəniyyət və incəsənətin bütün sahələrində 
olduğu kimi, musiqi və rəqslərdə də əksini tapmışdır. Dini inanclar 
bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind 
musiqisinin, rəqslərinin yaranmasına, inkişafına da əsaslı təsir 
göstərmişdir. Qədimdə olduğu kimi, müasir dövrdə də hind 
musiqisi və rəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və 
əyləncələrlə vəhdət təşkil edir.
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət 
ənənələri ilə sıх bаğlıdır. Hind rəqsləri bədən hərəkətlərinin 
dinamikliyi ilə seçilir. Cəmiyyətin mahiyyətində duran 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin