ETNOPSİXOLOGİYA 200
Hindlilər həddən artıq xeyirxah və qayğıkeş insanlardır. Hindistan
sakinləri həmişə çətin vəziyyətə düşmüş həmvətəninin və əcnəbinin
köməyinə gəlirlər. Məsələn, şəhərdə azmış turisti öz hesabına
mehmanxanaya apara , isti gündə bir stəkan su xahiş etmiş insanı
öz ailəsiylə bir masaya əyləşdirib nahar təklif edə bilərlər.
Hindlilərin xeyirxahlığı bu millətin nümayəndələriylə sadə ünsiyyət
zamanı da müşahidə olunur - onlar böyük maraqla həmsöhbətinə
qulaq asacaq və sevinclə onun bütün suallarına cavab verəcəklər.
Hindistan üçün ən mühüm mədəni xüsusiyyət zorakılıq
əleyhinə olmaq və sülhsevərlikdir. Başqa bir canlının duyğularını
incitməyə, hisslərinə zərər verməyə, hətta öldürməyə əsla icazə
yoxdur. Xalqı daha da maarifləndirmək üçün 1993-cü ildən
etibarən hər il Qandi Sülh Festivalı keçirilir. Hindlilər çox
gülərüzlü və cazibədar insanlardır. Onlar arasında dava və ciddi
mübahisələrə az rast gəlinir. Şübhəsiz ki, bunda dinin də çox böyük
təsiri var. Hindistanda olmuş turistlərin əksəriyyəti bu fikirdədirlər
ki, hind küçələrində yüzlərlə insanın əhatəsində onlar özlərini
təhlükəsiz hiss edirlər. Bu təəccüblü deyil, çünki hindlilər
münaqişələri və zorakılıqları sevmirlər, buna görə həmişə
mübahisələrdən qaçmağa və özlərini dostcasına və sakit aparmağa
çalışırlar.
Bütün bu keyfiyyətlərlə yanaşı hindlilərdə bəzən həyata qarşı
etinasız və laqeyd münasibətə də rast gəlmək mümkündür.
Hindistan sakini almanlardan fərqli olaraq rəsmiyyətlər haqqında
narahat olmur və gələcək haqqında geniş planlar qurmurlar. Məhz
hindilərin bu keyfiyyətinə görə yalnız Hindistanda küçədə işləyən
stomatoloqları, bərbərləri və aşpazları görmək mümkündür. Hind
etinasızlığının daha bir parlaq əlaməti odur ki, bu ölkənin
yollarında praktik olaraq heç kim yol hərəkəti qaydalarına riayət
etmir. Sürücülər onlara necə rahatdırsa elə də hərəkət edirlər.
Bununla belə bu ölkədə baş verən yol-nəqliyyat hadisələrinin sayı
digər ölkələrdən elə də çox deyil.
Hindlilərin digər xarakterik keyfiyyəti gözəlliyə və sənətə
sevgidir. Cah-calal, gözəl geyim, qızıldan və daşlardan bəzəklər,