ETNOPSİXOLOGİYA 199
larla yanaşı tikilib, müasir fabrik və ofislər isə qədim məbədlərin
yanındadır. Hindlilər özləri də ölkələri kimi təzadlarla doludur.
Belə ki, hindlilər müasir texnologiyalardan istifadə edirlər, lakin
indiyədək cəmiyyətdə qeyri-rəsmi kasta bölgüsü mövcuddur, onlar
sevgi barədə filmlərə baxırlar, amma razılaşmaya görə ailə
qururlar. Dünyada mədəniyyət fərqliliyinə görə Hindistanla
müqayisə edilə biləcək ikinci bir ölkə demək olar ki, yoxdur.
Hindistan haqqında bir sıra sterotiplər də formalaşmışdır.
Bunlarda biri Hindistanın çox çirkli və kasıb ölkə olmasıdr.
Doğrudur, Hindistanda yoxsul insanlar, anti-sanitar şərait
mövcuddur. Bu əsasən aşağı təbəqənin yaşadığı ərazilərdədir.
Lakin bununla yanaşı Hindistanda dəbdəbəli binalar, lüks villalar,
zəngin iş adamları da vardır. Digər bir stereotip hindlilərin təhsil
səviyyəsinin aşağı olması haqqındadır. Həqiqətən də Hindistanda
təhsilə cəlb edilən insanların sayı çox aşağıdır. Lakin bununla
yanaşı NASA-da işləyənlərin 36%-i, Amerikadakı həkimlərin 38%-
i, elm adamlarının isə 12%-i hindlilərdir. Bu bir daha sübut edir ki,
Hindistan bir təzadlar ölkəsidir.
Hindlilər arasında adi şəxsiyyətlər az olur, çünki artistlik,
ünsiyyətçillik və maraq bu millətin xarakterinin milli
xüsusiyyətidir. Məhz bu xüsusiyyətlər hindlilərin əcnəbilər üçün ən
gözə çarpan xarakteridir. Hindlilər küçədə səyahətçiyə asanlıqla
yaxınlaşa, onunla tanış ola və onun ölkəsi haqqında soruşa bilərlər.
Hind bazarlarında və mağazalarda yerli satıcılar turistlərə artıq
dərəcədə nəzakət göstərirlər ki, turistləri onlardan nəsə almağa
inandırsınlar.
Hindlilərin xarakterik xüsusiyyətlərindən biri kollektivizm
ruhunun olmasıdır. Hindlilər lap əvvəldən böyük ailələrdə yaşayır
və əhəmiyyətli məsələləri bütün icmayla həll edirlər, hətta indi,
fərdiyyətçilik dövründə də şəxsi sahə və şəxsi sərhədlər anlayışı
Hindistan sakinlərinin əksəriyyətinə yaddır. Bundan əlavə Hindlilər
utanmadan yeni tanış olan həmsöhbəti ilə özü haqqında şəxsi
mövzuda danışa bilərlər.
Hindlilərin digər xarakterik xüsusiyyəti xeyirxahlıqdır.