Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə196/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
202 
və ya gəlinini seçərkən maliyyə durumu, təhsil, xarici görünüş, 
xarakter, vərdişlər və hətta bürclərin uyğunluğunu nəzərə alırlar. 
Cütlüklər çox harmonik seçilirlər, buna görə də belə nikahlarda 
zamanla sevgi və qarşılıqlı anlaşma meydana çıxır. Toydan bir 
həftə öncə brahman gəlir, oğlanla qızın ulduz falına baxır. Çünki, 
ulduzlar toya yaxın birləşirlər. Əgər belə olmasa, toy ya təxirə 
salınır, ya da ləğv olunur. 
Hind gəncləri şəxsi ev almağa çalışmırlar və valideynlərlə 
yaşamağa üstünlük verirlər. Əyalətlərdə insanların əksəriyyəti 
böyük ailələrdə yaşayırlar - tez-tez bir damın altında üç və ya dörd 
nəslin yaşamasına rast gəlmək mümkündür. Belə böyük ailələrdə 
patriarxal tərz qalır, bütün qərarları ailənin böyük kişiləri qəbul 
edir. 
Hindlilər ailə, uşaq xoşbəxtliyini yüksək tuturlar. Qızlаrın 
çох erkən ərə gеtdikləri bu pоliqаm cəmiyyətdə ənənəvi olaraq 
аilənin çохsаylı üzvləri оlur. Əksər ailələrdə patriarxal quruluşu 
qorunur ki, bir evdə bir neçə nəsil qohumları yaşayır və onlara
kişilər və böyük ailə üzvləri rəhbərlik edirlər.
Hindistan əhalisinin ailə-nikah münasibətləri mürəkkəbliyi ilə 
seçilir. Həyatlarınn digər sahələrində olduğu kimi hind ailə 
münasibətlərində də ilkin inanclar, hindiuzm, islam, sikhizm və s. 
dinlərlərinin xüsusiyyətləri özünü göstərir. Vedalara söykənən ailə-
nikah münasibətləri illər ərzində formalaşmış, təkmilləşmiş, bəzi 
hallarda tarixi hadisələrin təsiri ilə müəyyən dəyişikliklərə 
uğramışdır.
Hind ailəsində ailə başçısı atadır. Hind ailəsində büdcənin 
idarə olunması, evlilik kimi bütün mühüm məsələlərdə ata qərar 
verir. O, bütün mühüm məsələləri həll etmək hüququnu öz üzərinə 
götürür və qaydaları müəyyənləşdirir, bütün ailə üzvləri isə 
bununla razılaşmalıdır. Оnun hаkimiyyətini müəyyən qədər 
müqəddəs qаnun və аdətlər məhdudlаşdırır. Atanın hüquqları 
xüsusi ilə ailə mülkiyyəti məsələsində ortaya çıxır. 
Ənənəvi hind ailə quruluşunda ana – oğlan uşağı əlaqəsi 
böyükdür. Çox zaman oğlan uşağı evlənəndə evdə qalacaq yer 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin