Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə192/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
198 
hissəsi verilir. Bu adı aldıqdan sonra onlar müvafiq surətdə 
geyinməli və müvafiq saç düzümü formasından istifadə 
etməlidirlər. Bundan sonra böyük qeyşalar onları öz müştəriləri ilə 
tanış etməlidirlər. Böyük bacının təcrübəli olması bu mərhələ üçün 
çox vacibdir, belə ki, o nə qədər məşhur olarsa, maykonun yaxşı 
müştəri bazasına malik olması imkanı da bir o qədər çox olur. 
 
5.1.5. Hindistan xalqının etnopsixoloji xüsusiyyətləri 
Hindistan Cənubi Asiyada yerləşən bir dövlətdir. Hindistanda 
müxtəlif təbəqəli əhali bir yerdə yaşayır. Yaxşı tərbiyəli və savadlı 
brahman və cəngəllikdə yaşayan qəbilənin sakini - hər ikisi eyni 
millətin nümayəndələridir, lakin onların arasında dərin mədəni 
uçurum var. Bununla yanaşı, hindlilərin əksəriyyətinin ümumi 
xarakter cizgilərini görmək olar. 
Hindlilər çox mehriban, istiqanlı və gülərüz xalqdır. Hin-
distanda qəzəbi, qıcıqlanmanı və ya səbirsizliyi göstərmək qəbul 
edilmir. Hindlilər olduqca səmimi, qonaqpərvər və həmişə yardım 
etməyə hazırdırlar. 
Həddən artıq mühafizəkarlıqlarına baxmayaraq, hindlilər 
bütün yeniliklərə açıqdırlar, tez oxuyurlar və mütərəqqi ideyaları 
tez öyrənirlər. Bu gün Hindistan yüksək texnologiyalar, elm, 
ədəbiyyat və kinematoqrafiya sahəsində liderlərdən biridir. 
Əgər bir-birinə bənzəməyən dünya ölkələrinin reytinqi 
olsaydı, belə reytinqində birinci yeri Hindistan tutardı. Cənubi Asi-
yada yerləşmiş bu dövlət bütün əsrlərdə Avropadan və Asiyadan 
gələn səyyahları təəccübləndirirdi, çünki hindlilərin ənənələri, 
adətləri və həyat tərzi özünəməxsus olub, digər xalqların həyat 
tərzinə bənzəməyib. Hətta Böyük Britaniya hakimiyyəti altında bir 
neçə yüz il qalmaq belə hind millətini dəyişməyib və XX əsrdə 
Hindistan öz milli xüsusiyyətləri, xarakteri və həyat tərzi ilə
avropalıları təəccübləndirir.
Hindistana gələn əksər səyyahlar bu ölkəni “təzadlar ölkəsi” 
adlandırırlar. Hindistanın şəhərlərində dəbdəbəli evlər xarabalıq-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin