Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə188/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   184   185   186   187   188   189   190   191   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
194 
yəni bu insanın yaxınları və ailə üzvləri buna hörmətlə yanaşırlar. 
Həmin şəxsdə özünə layiqli yer tutmuş sayılır. Yaponiyada 18 
yaşla 25yaş arası qızlarda pul qazanmaq, oxumaq və özünə karyera 
qurmaq dövrü başlanır. Əgər 25 yaşdan sonra ailə həyatı 
qurmayıbsa, özünü ailəsinə həsr etməyibsə öz ailəsini rüsvay 
etməmək üçün yeganə üsul boz kostyum, ağ corab, dabansız 
ayaqqabı geyinib saçını kəsdirib,cidi formada olmaq olur. Ancaq 
düşünməyin ki, yaponlar belə həyatdan əzab çəkirlər. Onlar 
başqasının həyat tərzini görməyiblər.Onların anaları, nənələri, 
böyük nənələri də belə yaşayıblar. Yapon tərbiyə sistemi haqqında 
nəticə çıxardarkən Mark Siseronun sözlərini xatırlayaq:” Hər kəs 
özunə”. Yapon sistemində uşaqların tərbiyəsində minusları və 
üstünlükləri axtarmaq yanlış olardı. Beləliklə, yapon cəmiyyəti 
bunu minillik ənənələri ilə qəbul edib. Bu mədəniyyəti olduğu 
kimi, ittiham etmədən, tənqid etmədən, tərifləmədən və 
köçürmədən qəbul etmək lazımdır. Yaponların möhkəmliyinə 
paxıllıqcasına həsəd aparmaq olar. Çünki əsrlik ənənələrini 
saxlamaqla yanaşı, nəsildən nəsilə ötürməni məharətlə bacarırlar. 
Ancaq yapon tərbiyəsinin bəzi prinsiplərini aşağıdakı kimi 
göstərmək olar: 
 Uşağın həyatının birinci illəri ana özünü onun tərbiyəsinə 
həsr etməyə məcburdur. Onunla daim ünsiyyət saxlamalı, 
hərəkətlərini başa salmalı, şeir və nağıllar oxumalıdır ki, 
uşaq daim onun sevgisini və qayğısısnı hiss etsin. 
 Valideynlər uşağa səslərini yüksəltməməlidirlər, xüsusən 
də kənar şəxslərin qarşısında . 
 Ardıcıllıq prinsipi- hansı ki, burada böyük uşaqlar kiçiklərə 
kömək edirlər, sosial mühitdə onların bələdçisi olurlar, 
onlara mehribanlığı, həssaslığı, rəhmli olmağı və zəiflərə 
kömək etməyi öyrədirlər. 
 Valideynlər uşaqların taleyində məsuliyyət daşıyırlar,o 
vaxta qədər ki, uşaq sərbəst surətdə öz ayaqları üstündə 
möhkəm dursun. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin