Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə184/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
190 
qrupa, kollektivə, topluma tabe olmaq, ona özünü təslim etmək, 
səcdə etməklə bağlıdır. Başqa sözlə ifadə etsək yaponlar qrupa, 
kollektivə pərəstiş edir və ona tabe olmağı özlərinə fəxr bilir, 
bundan zövq alır, bu xüsusiyyəti müsbət qiymətləndirir onu iradə 
əlaməti hesab edirlər. Əsrlər boyu Yaponiyada fərdin kollektivə 
tabeçiliyi olmuşdur. Əvvəllər feodala, sonra imperatora, bu gün isə 
firmanın rəhbərinə. Yapon adət edib ki, “kiminsə adı, şərəfi 
uğurunda” çalışsın. Yapon özünü şəxsi göstəricilər, naliyyətlər 
(peşə, ixtisas, yaşayış yeri, vəzifə və s.) əsasında deyil, aid olduğu 
qrup, kollektiv adından təqdim edir.
Yaponlar üçün fərdi həyat, fərdi xoşbəxtlik o qədər də sevindirici, 
üzrəkaçan deyil. Yapon həyatını qrupdan kənarda təsəvvür edə 
bilmir. Ona görə də yaponlar qrup şəklində işləməyə, gəzməyə, 
istirahət etməyə, səyahət etməyə, oxumağa, əylənməyə, bayram 
etməyə çox böyük üstünlük verirlər. Hər bir yaponlu qrup üçün 
faydalı olan iş görməyə, qrupa xeyir verməyə çalışır və bundan 
qürur hissi keçirir. Qrup mənafeyini şəxsi mənafeydən yüksək 
tutmaq yapon əxlaqının mühüm xüsusiyyətidir. Dünya xalqları bir-
birindən həm də özünün qadağalar sistemi ilə fərqlənir. Ictimai-
sosial münasibətlər qadağalar vasitəsilə tənzimlənir.Alman 
psixoloqu V.Vundt yazır ki, tabu insanlığın yazılmamış ən köhnə 
qanunudur. Tabu hətta dindən əvvəldir. Bu mənada insanın 
qrupdan kənar edilməsi, uzaqlaşdırılması, qrupa daxil olmasına 
qadağanın qoyulması yapon üçün ən sərt cəza hesab olunur. Bu cür 
cəza nə oğurluğa, dələduzluğa görə yox, qrup marağına xəyanət 
edildiyi halda verilir. Bu davranış tərzi kiçik yaşlardan uşaqlara 
tərbiyə olunur. Məsələn, ruslar uşağı evdə saxlamaqla, həyətə 
buraxmamaqla cəzalandırırlarsa, yaponlar tam əksinə uşağı evə 
buraxmayacaqları ilə xəbərdarlıq edirlər. Yaponiyada qrup 
daxilində ünsiyyətdə olarkən mütləq özünü aşağı mövqeydən 
təqdim edir. Belə olan halda, yapon mədəniyyətini bilməyən insan 
belə hesab edəcək ki, bu şəxsin heç bir qürur hissi, özünə hörmət 
etmir. Bu heç də belə deyil. Nəzakətli ünsiyyət, tərəf müqabilinin 
mövqeyini özündən yüksək tutmaq yaponlar arasında qəbul edilmiş 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin