ETNOPSİXOLOGİYA 192
Belə olduqda isə ana onu küçəyə “itməyə” buraxır və ya icazə
verir. Xoşbəxtlikdən bu ölkədə uşaqların oğurluq halları olmur və
nəqliyyat hərəkəti kifayət qədər təhlükəsizdir. Bütün yaponlar bu
hiyləyə yaxşı bələddirlər və körpəni tapmağa kömək edirlər. Bunu
sakit tərzdə, polis olmadan asanlıqla həll edirlər. Bu zaman, ana
yaxın bir yerdə olanlara nəzarət edir, eyni zamanda da ətrafdakılar
ananı görürlər. Onlar körpəni axtarmağa kömək edirlər. Bu zaman
onlar uşağa ana istiliyindən və qayğısından məhrum olmağının nə
demək olduğunu hiss etdirirlər. Pis “ mayqo” olmağın, daha sonra
necə “amae”(yapon dilində- qayğı) olub ,ana istiliyinə, qayğısına
qovuşmağın hissini yaşadırlar. Bir qayda olaraq bu həmişəlik uşaq
üçün dərs olur və o daha anadan uzaqlaşmağa çalışmır, özü
“amae”ni yenidən itirməyindən ehtiyat edərək, özünü nadinc
aparmır.Yapon anaları öz körpəsini sakitləşdirərkən belə bir fraza
işlədirlər – “Bəyəm sənəcnəbisən?”.Yaponlar üçün bu çox
təhqiredici bir şəkildə səslənir, hətta kiçik yaşda belə ən qorxulu
vəziyyət odur ki, hamı kimi olmayasan və yaxud “ öz şəxsi simanı”
itirəsən. Yapon ailəsində 5 yaşdan 15 yaşa qədər körpənin tərbiyəsi
kardinal şəkildə dəyişir və o ciddi qaydaların çərçivəsinə düşür. Bu
dövrdə şəxsiyyətin sərt sınması başlanır. Uşaqda məhz bu andan
bütünlüklə fərdini boğmağa və kollektivist təfəkkürüforma-
laşdırmağa çalışırlar. Bu dövrdə məktəbəqədər tərbiyənin və
məktəb təhsilinin bütün sistemi bu hədəfə xidmət etməyə
yönəldilir. Bu hamı kimi olmaq, seçilməmək, lağa qoyulmamaq və
eqoist olmamaqdan ötrü yaranmışdı. Yaponiya məktəblərində “
idzime” anlayışı mövcuddur. Bu anlayışda uşaq hamı kimi olmaq
istəməyəndə, başqaları onu təqib edirlər, ələ salırlar,hətta döyürlər.
Kiçik məktəbdə uşaq müəllimlərin və orada oxuyan böyük
siniflərin himayəsi altındadır. Lakin burada şəxsiyyətlə mübarizə
artıq tam sürətlə gedir, zahiri görünüşdən başlayaraq, eyni forma,
eyni çantalar- oğlanlarda qara, qızlarda- qırmızı olur. Orta
məktəblərdə şagirdlərə münasibət daha sərt olur. Nümunə üçün
almanlardan ciddi “tabe qaydaları” götürülmüşdür. Səhər sıraya
düzülmə və himnin xorla oxunmasından başlanır. Forma və