ETNOPSİXOLOGİYA 188
yətindən kənar və ayrıca yaşayan ailələr tapmaq demək olar ki,
mümkün deyil. Bütün yaponlar tərbiyə və təlimdə, eyni zamanda
cəmiyyətdə və ailədə eyni qanunlara tərəfdardırlar.
Yapon psixologiyasında qrup heç vaxt insanı təhdid etmir,
əksinə ona kömək olur. Mahiyyət etibarı ilə yapon cəmiyyəti
kollektivizmə, ittifaqa, birgə yaşayış qaydalarına əsaslanan qapalı
cəmiyyətdir. Yapon nadir halda ola bilər ki, qrup daxilində
razılaşmadan hansısa qərar qəbul etsin. Böyük firma və şirkətlərdə
az adam olur ki, yapon cəmiyyəti üçün xarakterik olan adət və
ənənədən kənara çıxmaq və müstəqil qərar qəbul etmək hüququnda
olsun. Bəzən əcnəbilər bu xüsusiyyətə görə yaponları məkirli,
hiyləgər hesab edirlər. Ünsiyyət partnyorunun xətrinə dəyməmək
üçün, nəzakətli olsun deyə edilmiş təklifə “yox” deyə bilməyən
yaponu əcnəbilərin hiyləgər, bic adlandırması sadəcə olaraq yapon
mədəniyyətinin bilməmək səbəbindən irəli gəlir. Bu zaman yapon
belə bir zehniyyətdən çıxış edir ki, onun susması, heç də bizlərdə
olduğu kimi, “susmaq razılıq əlamətidir” kimi yox, imtina kimi
yozulacaq. Yaponiyada insan özünü sosial qrupdan kənarda
təsəvvür edə bilmir və ona görə də burada cəmiyyətdə gərginlik heç
də başqa ölkələrdə olduğu kimi yüksək deyil. İnsanın davranışı
sanki, ana südü ilə mənimsənilən nəzakət qaydaları, sosial
qadağalarla ciddi şəkildə reqlamentləşdirilmişdir. Yaponiyada
doğulub boya başa çatan, yapon dilindən başqa heç bir dil
bilməyən, hətta əcdadları belə bu ölkədə yaşayan əcnəbi
yaponlunun gözündə heç vaxt əsl yapon olmayacaq. Əsl yapon
olmaq üçün gərək genetik olaraq yapon olmaq lazımdır. Əcənbi
qadınla evlənmiş yaponun nigahı yalnız, onun xanımı özünə yapon
adı götürdükdən sonra rəsmi olaraq qəbul olunur. Məlumdur ki,
uzun müddət əcnəbi ölkədə yaşamış yapon diplomatlarının uşaqları
öz vətənlərinə qayıtdıqdan sonra adaptasiya problemi ilə
qarşılaşırlar. Buradan belə nəticə çıxarmaq olmaz ki, yaponlar
rasistdirlər. Sadəcə olaraq onlar üçün dünya iki hissədən yapon və
qeyri-yapondan ibarətdir. Yaponlarda nəsil şəcərəsinə, soykökə çox
həssaslıq göstərirlər. Ukrayina mənşəyli emiqrant Berequvanın