ETNOPSİXOLOGİYA 186
şəxsi reputasiyanı qorumaq çox vacıbdir.Çinlilər problemləri daha
da şisirtməmək üçün konfliktlərdən və xoşagəlməz situasiyalardan
qaçmağa meyllidirlər. Çinlilər üçün kollektivizm ön plandadır.
“Uğur hamıya mənsubdur” şüarını çinlilər həmişə yadda
saxlayırlar. Kollektiv məsuliyyətlilik bütün xalqa məxsusdur. Əgər
bir müəssisə gəlir baxımdan ziyan çəkirsə, rəhbərlik bütün işçilərin
maaşını azaldacaq və bu addımı da hamı anlaşıqlı qəbul
edəcəklər.Çinlilərin özünəməxsus milli xarakteri bir sıra faktorların
təsiri altında formalaşmışdır: xarici əlaqələrdən təcrid olma, xüsusi
yazı qaydası, kənd təssərüfatının aparılmasının çox ağır şərtləri,
dini və fəlsəfi təlimlər və s.
Çinlilərin milli xarakterinin əsas xüsusiyyətləri:
1. Özünəqapalılıq. Çinlilərin intraversiyaya meylliliyi müx-
təlif səviyyələrdə şəxsi səviyyədən başlayaraq dövlət səviyyəsində
təzahür olunur. Emosiyaların xarici ekspressiyasının açıq şəkildə
göstərilməsi qəbul olunmazdır və hətta bir sıra mürəkkəb etik
rituallarla əvəz edilir bu isə avropalıların gözündə ikiüzlülük kimi
qavranılır. Əgər təsadüfən iki insan qarşılaşırsa, hər ikisi bir –birinə
dərin hörmətlərini nümayiş etdirirlər. Hər ikisi göstərməlidirlər ki,
digəri ağıllı, tərbiyəli və inkişaf etmişdir hətta əslində heç də belə
olmasa belə. Az tanış olan insanlarla çinlilər özlərini qəribə
aparırlar: sifət və bədənlərini heç tərpətmirlər, düz otururlar,
dodaqları azca tərpənir və səsləri çox sakit olur, həmsöhbətin düz
üzünə baxmaqdan qaçırlar və pıçıltı ilə danışırlar. Düşünürlər ki,
belə yalnız düşmən və bir-birinə nifrət edənlər baxırlar. Bəlkə də,
məhz bu xüsusiiyyət Çin dövlətini illər ərzində xarici əlaqələrdən
uzaq və qapalı saxlamışdır.
2. Sadə məntiqli konstruksiyalara meylilik. Çinlilərin
düşuncə tərzini praktik düşüncə tərzi hesab etmək olar. Zəruri
olmayan mürəkkəbləşmələrdən uzaq olurlar. Çinli adətən sadə
intellektual konstruksiyalara üstünlük verir çünki onları yadda
saxlamaq asan olur və həyat və fəaliyyət üçün əlverişli və
rasionaldırlar.
3. Təşəbbüskarlıq. Yaponiyada çinli dərzi, bərbərin həyatını