Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə173/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
179 
dan çalışırlar. 
Çinlilərin sosializasiya məsələrinə münasibətləri. Çində ailə 
tərbiyəsi sahəsində də çox maraqlı və zəngin ənənələr olmuşdur. 
Qədimdən başlayaraq ailə tərbiyəsinə çinlilər böyük yer 
ayırmışdılar. Müasir dövrün estetik tərbiyəsi haqqında ən məşhur 
“Şan Şu” əsərində imperator ailə tərbiyəsi haqqında öz fikirlərini 
söyləmişdir. Qeyd etmək olar ki, Çində qədim dövrdən başlayaraq 
ailə tərbiyəsi nəzəriyyəsi daima inkişaf edirdi. Çin Xalq Respub-
likası yarandıqdan sonra cəmiyyətin sosial sistemi dəyişildi, lakin 
ailə tərbiyəsi sahəsində o qədər də dəyişikliklər olmadı. Çinin ailə 
tərbiyəsinin əsas prinsiplərini nəzərdən keçirək: 
1. İmperatordan tutmuş siravı insana qədər hamı “Uşaqların 
tərbiyəsi valideynlərin vəzifəsidir” fikrilə razılaşırlar. Bütün 
dövrlərdə hesab olunurdu ki, uşaqları tərbiyə etmək valideynlərin 
borcudur. Uşaqları yalnız böyüdüb amma tərbiyə etməyən valideyn 
natamam valideyn hesab olunurdu. Qədim Çin şerində deyilirdi: 
uşağı böyüdüb, tərbiyə etməmək atanın günahıdır. Hesab olunur ki, 
Çində insan öz övladını təkcə erkən uşaqlıqda deyil bütün həyatı 
boyu tərbiyə etməlidir. 
2. Ailə tərbiyəsi təkcə uşaqlar və ailə üçün önəmli deyil. Eyni 
zamanda cəmiyyət və ölkə üçün də vacib məsələlərdən biridir. 
Çinlilərin fikrincə, ölkə böyük bir ailə kimi yaşamalıdır. Uşaq 
erkən yaşdan anlamalıdır ki, o təkcə öz ailəsi üçün deyil, bütün 
xalqın qayğısına qalmalıdır. 
3. İlk növbədə uşağa özünü cəmiyyətə layiq aparmağa 
öyrətmək lazımdır, sonra isə uşağın əsas yerinə yetirəcəyi vəzifələri 
öyrətmək lazımdır. Çində deyirlər, əgər işdə uğur əldə etmək 
istəyirsənsə, özünü layiq aparmalısan (insan olmalısan). 
Konfutsinin nəzəriyyəsinə görə, insan ilk öncə “jen”ə malik 
olmalıdır. “Jen” insanlıq, humanistlik, insanlara məhəbbətdir. 
4. Uşaqların müstəqilliyi. Çində uşaqlar çox erkən yaşdan 
müstəqil olmağa başlayırlar. Valideynlər onları erkən yaşdan 
əməyə alışdırırlar və pullara qarşı düzgün münasibət formalaş-
ırırlar. Valideynlər öz uşaqlarının gələcəyi üçün pul yığmırlar ki, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin