Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə174/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
180 
uşaqlar bu pullara arxayın olub, ümidlərini bu pullara bağlasınlar. 
Həmçinin valideynlər öz uşaqlarına sosial statuslarından istifadə 
etməyidə qoymurlar. 
5. Uşaqlara milli ənənələri ötürmək vacibdir. Çin ənənələrinə 
görə insanda aşağıdakı müsbət keyfiyyətlər inkişaf olunmalıdır: 
müstəqillik, əməksevərlik, valideyn və qohumlara qarşı hörmət və 
sevgi, ölkəyə sadiqlik,cəsarət, işin keyfiyyətli yerinə yetirilməsi
nəzakətlilik, dürüstlük və s. bu keyfiyyətlər uşaqların tərbiyəsində 
əsas götürülür. 
6. Erkən dövrün tərbiyəsi daha məqsədəuyğun hesab 
olunurdu. Qədim dövrdən başlayaraq məhz məktəbəqədər dövrün 
tərbiyəsi daha zəruri hesab olunurdu, çünki yenidən tərbiyə həmişə 
uğursuz və daha çətin olurdu. 
7. Uşaqları sevgi və eyni zamanda ciddilik şəraitində tərbiyə 
etmək lazımdır, onlara düzgün nümünələr göstərilməlidir. 
8. Yaxşı ətraf mühit. Tərbiyə ilə bağlı istənilən ədəbiyyatda 
“Men”adlı ana haqqında təsvirlərə rast gəlmək olar. Bu ana öz 
uşaqlarının inkişafına müsbət təsir edə biləcək yaxşı qonşuları 
olsun deyə üç dəfə evini dəyişmişdir. Qədim çin mütəfəkkirləri 
söyləyirdirlər: ətraf mühit sözsüs tərbiyədir. 
9. Dürüstlük. Çinlilər uşaqların dürüst böyümələrinə çox 
böyük önəm verirlər, uşaqlar böyüklərin həyatını müşahidə etməklə 
dürüst və ya yalançı olmağı öyrənirlər. 
10. Valideynlərin şəxsi nümunəsi. Valideynlərin ardıcıl və 
daimi müsbət nümunələri uşaqların tərbiyəsinə yaxşı təsir edir. 
Müasir Çində uşaqların tərbiyəsinə münasibət bir qədər 
dəyişilib. Təhsilin dəyəri artıb, oğlanlarla yanaşı qızlar da təhsil 
almağa meyllidirlər. Məkətəbəqədər təhsil müxtəlif forma, üslub və 
məzmunda həyata keçirilir. Çində uşaqların tərbiyəsi dövlət qayğısı 
səviyyəsində həyata keçirilən bir tərbiyədır. Yaş yarımlıq uşağı 
artıq müstəqilliyə öyrədirlər, onu oxumaq, saymaq , rəsm çəkmək 
öyrədirlər. çində uşaqlar müstəqil, fəal, ünsiyyətçil, sözə qulaq asan 
və anlaşıqlı olurlar.Uşaq doğulandan sonra ana bütün ev işlərindən 
azad olur. O çox gəzməməlidir, hərəkət etməməlidir, çox vaxt 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin