ETNOPSİXOLOGİYA 53
ayrılmaz surətdə əlaqədardır.
Məlumdur ki, etnik psixoloji xüsusiyyətlərin təşəkkülünün
əsasını “biz” və “onlar” qarşıdurması, yəni öz etnosunu başqa
etnoslara qarşı qoymaq, onları qarşılaşdırmaq əsasında aralarındakı
oxşar və fərqli cəhətlərin dərk edilməsi təşkil edir. Etnik qruplar
arasında belə qarşıqoyma, qarşılaşdırma varsa, deməli, özünüdərk-
etmə də vardır. Başqa etnik qrupların psixologiyasının dərk
edilməsi, öz etnosunun səciyyəvi cəhətlərini dərk etməyi tələb edir
və ya əksinə. Bu cəhət etnik ümumiliyin və etnik fərqin dərk
edilməsi və qiymətləndirilməsi üçün çox vacibdir. Deməli, xalqın
özü haqqında real təsəvvürü onun özünü başqa xalqlardan və
millətlərdən fikrən ayıra, eləcə də bu fərqi başa düşə bilməsinə
kömək edir. Etnik özünüdərketmə etnos və ya millətin dilində,
adət-ənənəsində, rəvayət və mifologiyasında, musiqi və rəqsində,
geyim xüsusiyyətlərində, mətbəxində ümumən isə özünə və ətraf
aləmə münasibətində öz əksini tapır.
Etnik özünüdərketmənin ən əsas psixoloji mexanizmi etnik
identifikasıyadır. Elə etnik özünüdərketmə etnik identifikasiyadan
keçməklə baş verir. İdentifikasiya eyniləşdirmək deməkdir. Yəni,
insanın özünü, başqası ilə eyniləşdirməsidir. Qrup səviyyəsində
differensasiya və identifikasiya sosial identikliklə nəticələnir.
Sosial identiklik öz qrupunu başqa sosial birliklərlə müqayisə
prosesinin nəticəsi olaraq formalaşır. Əgər qrup ümumi milli
birliyə qoşulmasa, onunla oxşarlığını, ümumi cəhətlərini müəyyən
etməsə, özünü milli birliyə daxil etməsə sosial identiklik yaranmır.
Sosial identiklik etnik identikliyin yaranması üçün mənbəədir.
Sosial identiklik olmasa, etnik identiklik də baş tutmur. Etnik
identiklik insanın müəyyən etnik ümumiliyə aid olmasını aydın
surətdə anlaması və dərk etməsindən ibarət olan etnopsixoloji
hadisədir. Etnik identikliyin iki əsas komponenti var: koqnitiv və
affektiv.
Koqnitiv komponentə fərdin öz etnosunun, öz qrup xüsusiy-
yətləri haqqında bilik və təsəvvürləri, etnofərqləndirici əlamətlərin
dərk edilməsi əsasında özünü həmin qrupun üzvü kimi dərk etməsi