Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə52/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
54 
daxildir. Etnik identikliyin koqnitiv komponentinə ilk növbədə 
etnik məlumatlılıq, yəni etnos haqqında lazımi məlumata malik 
olmaq əsas yer tutur. Yəni, hər bir etnosun üzvü həm öz etnosu, 
həm də başqa etnosların tarixi, adət-ənənləri, ümumən mədə-
niyyətinin xüsusiyyətləri haqqında məlumat və təsəvvürlərə malik 
olması başa düşülür. 
Affektiv komponentə isə fərdin daxil olduğu qrupa aid olmaq 
hissi, onun keyfiyyətlərini qiymətləndirməsi, onun üzvü olmağa 
münasibət aiddir. Etnik identikliyin affektiv (emosional) 
komponenti öz xalqının taleyi ilə bağlı olan məsələlərə dərin 
emosional reaksiyalar verilməsində aydın surətdə özünü göstərir. 
Xalqın, millətin müvəffəqiyyətinin milli qürur hissi doğurması, 
onun məğlubiyyətinin isə dərin kədər hissi yaratması, məhz etnik 
identikliyin emosional komponenti ilə əlaqədardır. Emosional 
identiklik hissi nə qədə güclü olarsa, etnos üzvlər arasında da bir o 
qədər güclü psixoloji birlik hissi yaranır. 
Bu halda etnosun özünə hörməti artır və milli iftixar hissi 
güclənir. Deməli, “Mən kiməm?”, “Biz kimik?” suallarına asanlıqla 
cavab vermək olur, yəni hansı xalqa mənsub olduğunu aydın 
surətdə təsəvvür edir və ona özlüyündə deyil, həm də başqaları 
qarşısında cəsarətlə cavab verə bilirsən. Bu halda həm vətəni və 
etnik mənşəyi, həm də öz xalqına məxsus etnik psixoloji xüsusiy-
yətləri dərk etmiş olursan. Bu səviyyə artıq etnik özünüdərket-
mənin formalaşdığını və təzahürünü bildirir. 
Bəs necə etmək olar ki, yeniyetmə və gəncin sosializasiya 
nəticəsində öz etnosu ilə bağlı mənimsədiyi məlumatlar, yəni etnik 
identifikasiyanın koqnitiv komponenti affektiv komponentə 
çevrilsin? Buna nail olmaq üçün, gəncin əldə etdiyi etnopsixoloji 
biliklər, onun üçün şəxsi məna daşımalıdır və həmin bilikləri sərvət 
kimi dəyərləndirməlidir. Fikrimizi Q.V.Ollportun nəzəri konsep-
siyası əsasında izah edək. Q.V.Ollport marağın formalaşması 
mexanizmini açıqlayanda “sərvət” anlamına və bu əsasda iki 
kateqoriyanı “bilik” və “məna” kateqoriyalarını fərqləndirir. Əsl 
sərvət isə əslində bilik kateqoriyası ilə deyil məna kateqoriyası ilə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin