Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə55/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
57 
oxşar olan gəlincik və oyuncaqları seçmişlər. Amma, pozitiv etnik 
identikliyin inkişaf etdirilmədiyi ölkələrdə isə uşaqların dominant 
etnosun mədəniyyətinə üstünlük vermələri müşahidə olunur. Başqa 
proseslər kimi burada da dinamiklik var və sosial baxımdan do-
minant qrupun dəyərləri, mədəniyyəti müəyyən müddət ərzində 
arzu olunan və yaxud referent (nümunə) ola bilər. Fərd inkişaf 
etdikcə, öz etnik identikliyinə nail olduqdan sonra isə hər şey 
dəyişə bilər. 
Müasir dövrdə insanların pozitiv etnik identikliyinin təmin 
etməsi mühüm tələbatlardan biridir. Ona nail olmaq insana 
psixoloji təhlükəsizlik və stabillik verir. Britaniyalı psixoloqlar 
A.Teşfel və C.Terner qeyd edirlər ki, insanların koqnitiv strategiya 
kimi sosial yaradıcılıq strategiyasından istifadə etməsi buna xidmət 
göstərir. Müqayisə üçün yeni əsasların axtarılması koqnitiv strate-
giyalardan hesab olunur. Bu yolla qrup özünün pozitiv identikliyini 
qoruyub saxlamağa cəhd edir. Məsələn, aşağı iqtisadi statuslu 
qrupa daxil olan insanlar özlərini və başqalarını qayğıkeş və 
xeyirxah əlamətlərlə əsasən xarakterizə etməyə meylli olurlar.
ABŞ-da XX əsrin 80-90 illərində afroamerikan əhali arasın-
da aparılan “qara olmaq gözəllikdir” təbliğatı, bu kateqoriyaya 
daxil olan əhali arasında pozitiv etnik identikliyin güclənməsinə 
səbəb olmuşdur. Amerikan psixoloqları məhz həmin illərdən 
başlayaraq qara dərili uşaqların ağ rəngli gəlinciklərlə təsadüfi 
hallarda oynadıqlarını qeyd edirlər. Yeni Zellandiya sakinləri olan 
qara dərili balaca maorilər ağ gəlinciklərlə müqayisədə qəhvəyi 
rəngli gəlinciklərə oynamağa meyl göstərirdilər. 
Etnik identifikasiya zamanı etnik birliyin müqayisə üçün 
uğursuz və zəif qrupu seçməsi də sosial yaradıcılıq strategiyasının 
bir varinatıdır. Vahid Almaniya yaradıldıqdan sonra sosial 
ierarxiya pilləsinin aşağı mərtəbəsində yer tutan şərqi almanların
özlərini ölkədə yaşayan immiqrantlarla müqayisə etməsi və yaxud 
aqressiya və narazılıqlarını əhalinin zəif təbəqəsinə, yönəltməsi 
qeyd etdiyimiz cəhətlə əlaqədardır.
Elə də olur ki, müqayisə neqativ etnik identikliklə nəticələnir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin