Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə56/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
58 
Belə olan halda insan aid olduğu etnosa görə xəcalət çəkir, utanır 
və neqativ etnik identiklik güclənməyə başlayır. Neqativ etnik 
identiklik fərdin inkişafına mənfi təsir göstərir. Empirik müşa-
hidələr göstərir ki, şagirdin sinif kollektivində milli mənsubiyyətə 
görə tək olması onun özünüqiymətləndirməsini aşağı salır, inam 
hissini zəiflədir. Elə də olur ki, fərd dominant qrupun onun daxil 
olduğu etnos haqqında neqativ fikirlərilə razılaşır amma, özünə aid 
etmir. Bu zaman o, özü ilə aid olduğu etnik qrup arasında psixoloji 
sərhəd çəkir. Bu yolla o, özünüqiymətləndirmənin aşağı düşmə-
sinin qarşısını alır. 
Müasir dünyada ölkələrin əsasən polietnik tərkibə malik 
olması ölkə ərazisində yaşayan etnoslarda pozitiv etnik identiklik 
hisslərinin inkişaf etdirilməsi bağlı profilaktik məzmunlu təhlükə-
sizlik tədbirlərinin həyata keçirilməsini zəruri edir. 
Qrup şəraitində, ictimaiyyət qarşısında dominant qrupun 
iştirakı şəraitində fərdin özünü neqativ qrupun üzvü kimi
qiymətləndirilməsi ambivalent identiklik hissinin yaranmasına 
səbəb olur. Rəsmi və ya ictimai səviyyədə etnik mənsubiyyətə görə 
təəssüflənmək, alçalmaq, təhqir olunmaq ailədə, gizlidə isə buna 
görə qürur duymaq ambivalent identiklik hissinin əlamətidir. XX 
əsrin 30-40 illərində Rusiyada yəhudilərə qarşı aparılan etnosid 
siyasət buna misal ola bilər. 
Etnik identikliyin mənşəyi haqqında mübahisəli fikirlər 
çoxdur. Etnosu biososial orqanizm hesab edənlərin fikrinə görə 
etniklik seçilmir o irsiyyətlə müəyyən edilir. Bu nöqteyi nəzərə 
görə heç kim aid olmaq istədiyi etnik qrupu seçə bilməz. Digər 
tədqiqatçılar isə belə hesab edirlər ki, etniklik irsiyyətlə müəyyən 
olunmur, o askriptiv (cəmiyyət tərəfindən verilən) hadisədir, yəni 
başqalarının qiymətləndirməsi yolu ilə baş verir. Bu mənada etnos 
birləşdirici qrup kimi, yəni bir tərəfdən dəyişdirilməsi mümkün 
olmayanla, insanın öz seçiminin vəhdətidir. 
Rusiya etnopsixologiya elminin nümayəndəsi Q. Şpet yazır 
ki, insanın hər hansı xalqa aid olması bioloji irsiyyətlə müəyyən 
edilmir. Etnik identiklik xalqın tarixini, mədəniyyətini özündə əks 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin