Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə59/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
61 
xarakterin olmadığını iddia edirlər. Onlar belə hesab edirlər ki, hər 
hansı bir fərdə aid olan əlaməti dünyanın digər xalqları nüma-
yəndələri arasında da müşahidə olunur. Əgər bu belədirsə onda, 
həmin xüsusiyyəti yalnız ayrıca götürülmüş bir xalqa aid etməyə 
ehtiyac yoxdur. 
Deməli, tədqiqatçının xalqın davranış, fikir və münasibət-
lərində, eləcədə hiss və emosiyasında təzahür edən psixi xüsusiy-
yətlərdən hansıların milli xarakter hesab etməsi sırf nəzəri və 
metodoloji məsələdir. Bu məsələ ilə bağlı bəzi prinsiplərin nəzərə 
almaq lazımdır: 
1) Milli xarakter ayrı-ayrı fərdlərdə özünü göstərən 
əlamətlərin cəmi deyil, o əhalinin böyük əksəriyyəti üçün səciyyəvi 
olan fikir, hiss və davranış birliyidir. İ.S.Kon yazır “xalqın 
xarakterini başa düşmək üçün ilk növbədə onun tarixini, ictimai 
həyatını və mədəniyyətini öyrənmək lazımdır. Bu prosesdə fərdi-
psixoloji metodlar kifayət deyil”. 
2) Hər hansı bir əlaməti ayrıca götürülmüş etnik birliyiə aid 
etmək olmaz. Əlamətin nə özü, nə də ki cəmi maraqlı deyil. Əsas 
məsələ onun psixi keyfiyyətlərin stukturunda təzahür etmə 
xüsusiyyətidir. Məsələn, qonağa qarşı olan qayğı heç şübhəsiz
qonşu ruslarda və farslarda da var. Amma, azərbaycanlı folk-
lorunda, məişətində qonağı tərənnüm edən saysız-hesabsız nümu-
nələr daha çoxdur. Yalnız qonağa aid olan məişət avadanlıqları 
saxlamaq, heç şübhəsiz qonaqpərvərliyin azərbaycanlıların milli 
xarakter olmasını sübut edir. Yaxud, spirtli içki qəbul etmək bir çox 
xalqlarda elə azərbaycanlılarda var. Amma, rus dilində içki 
məclisini səciyyələndirən, müvafiq durumu ifadə edən sözlük 
yaratmaq hələlik ruslara nəsib olmuşdur. 
3) Xarakter əlamətləri millətin ümumi dəyətlər sistemi ilə 
əlaqəli şəkildə, onun sosial, iqtisadi, siyasi, coğrafi, dini faktorları 
ilə sırf əlaqəlidir. Məsələn, əməksevərlik ümumbəşəri keyfiyyətdir. 
Lakin, tarixi şəraitdən asılı olaraq əməyin mənası bu və ya digər 
mədəniyyətdə fərqli məzmun kəsb etmişdir. Uzun müddətli Avropa 
istisimarı afrika xalqlarının əməyə münasibətini dəyişdirmişdir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin