ETNOPSİXOLOGİYA 69
dəstinin olması fikrimizi sübut edir. Azərbaycanlı adətinə görə
qonağın el-obada toxunulmamazlıq statusu olur və hamının onu
gözləməsi vacibdir. Hətta qonaq gedəcəyi evin adını deməsi bəs
edir ki, o, elə yolda ikən müəyyən imtiyaz əldə etmiş olsun. Termin
kimi işlədilməsinə baxmayaraq “xalq” “millət”, “milliyyət”,
“mentalitet” sözləri heç də hamı tərəfindən eyni mənada işlədilmir.
“Xalq” sözü ilə adətən latıncadan populus, fransızcadan peuple,
almancadan Volk, ingiliscədən people sözlərini tərcümə etdikləri
halda, millət latın sözü (natio) olmaqla alman, fransız,ingilis
dillərində tamamilə eyni cür (nation) yazılır. Almanca “xalq”
(volk) sözü ilə adətən bir dövlətin vətəndaşlarının toplumu
bildirilir, belə ki, alman xalqı ifadəsi Almaniya dövlətinin vətəndaşı
olan hər bir kəsi, yəni almanları, türkləri, polyakları əhatə edir,
lakin İsveçrə, yaxud da Avstriya almanlarına aid edilmir. “Millət”
termini ilə isə adətən bir dövlətdə birləşməsə də dil, mədəniyyət,
tarix, yaxud da heç olmazsa, milli şüur birliyi ilə bağlanan insan
toplumu bildirilir. Beləliklə, “türk milləti” dedikdə Türkiyə,
Almaniya, Rusiya və okeanın o tayında Amerikanın vətəndaşı olan
və özünü türk hesab edən bütün türklər nəzərdə tutlur.
“Xalq” sözü dövlət hüququna aid olduğu halda “millət” sözü
daha çox etnoqrafik termindir. “Milliyyət” bu söz işlətmə
baxımından “millət” sözündən törəmə termindir və hər hansı ayrıca
bir şəxsin, yaxud bütöv bir millətin psixoloji mənsubluğunu
bildirir. Fransız və ingilis dillərində “xalq” “millət” terminləri
adətən əks mənalarda işlədilir. “Fransız milləti” ifadəsi Fransada
yaşayan bütün vətəndaşların toplumunu bildirir. Fransızca
“millətlər” arasında müqavilə, saziş və müharibələrdən danışılır,
alman dilində isə bu cür hallarda “xalqlar” haqqında danışmağa
üstünlük verirlər.
Məşhur arxeoloq və xəzərlərin tarixinin görkəmli araşdırıcısı
M.İ.Artamonovun fikrinə görə, “sinif kimi etnos da sosial təşkilat
deyil, hal, vəziyyətdir. Bu zaman insanın mədəni səviyyəsi nə
qədər yüksək olarsa, onun təbiətdən asılılığı da bir o qədər az olar.
Bu, hamıya məlum həqiqətdir”.