ETNOPSİXOLOGİYA 68
kimsən?” sualına bir an belə düşünmədən ”türk”, “rus”, “ərəb”
“yapon” və s. cavabını verir. Deməli, şüurda etnik mənsubiyyət -
ümumi hadisədir. Görəsən, bu adam¬ların hər biri öz cavabını
necə mənalandırır? Öz xalqım, millətim, tayfam dedikdə o nəyi
nəzərdə tutur və qonşulardan fərqini nədə görür? Etnik
diaqnostikanın indiyə qədər həll olunmayan problemi də elə budur
(L.N.Qumilyov, 2001). Tərifə ehtiyac yaranır, lakin burada fikir
çarpazlaşması meydana çıxır. “Etnos ümumi mənşə ilə şərtlənən
hadisədir”, “etnos dil ümumiliyindən doğan mədəni hadisədir”;
“etnos bir birinə bənzəyən insanlar qrupudur”; “etnos bu və ya
digər formasiyadan asılı olaraq insanları ümumiləşdirən şərti
təsnifdir” (bu o deməkdir ki, etnos kateqoriyası qeyri-realdır);
“etnos ümumi özünüdərk əsasında birləşmiş insan toplusudur”;
“etnos sosial kateqoriyadır”. Təbiətlə ictimai insanın
mütənasibliyinə dair baxışlarının təfərrüatlarına görə fərqlənənləri
ümumiləşdirdikdən sonra onlardan üçünü qeyd etmək olar:
1. “Vahid” coğrafiya insanın bütün fəaliyyətini təbii
qanunauyğunluqlara çevirir.
2. Bəzi tarixçi və etnoqraflar bəşəriyyətlə ilgili bütün
fenomenləri sosial hesab edərək, yalnız anatomiya və qismən də
fiziologiyanı istisna sayırlar.
3. Antropogen proseslərdə materiyanın hərəkətinin ictimai
və təbii (mexaniki, fiziki, kimyəvi, bioloji) formalarının təzahürləri
fərqləndirilir.
Heç də hər bir hərəkət, davranış və hiss millətə, xalq aid olan
xarakter əlaməti hesab oluna bilməz. Milli, etnik xarakter o halda
götürülür ki, həmin əlamət xalqın həm şifahi, həm yazılı
mədəniyyətində öz yerini yuysun və əks olunsun. Məsələn. Qonağa
olan hörmət əksər dünya xalqalrının məişətində yür tutur. Ruslarda
da evin otaqlarının birinə “qonaq” otağı adı vermişlər. Amma,
Azərbaycan folklorunda qonağı tərənnüm edən, onunla bağlı çoxlu
sayda bayatı, lətifə, tapmaca, dualara, atalar sözü, sınamalara digər
xalqların folklorunda rast gəlinmir. Hətta, azərbaycanlı evində
qonaq üçün xüsusi olaraq nəzərdə tutlan qab-qacaq və yatacaq