ETNOPSİXOLOGİYA 64
ümumiləşmiş psixoloji keyfiyyət, etnosun hər bir üzvünün davranış
və rəftarında, münasibətlər sistemində bu və ya digər dərəcədə
təcəssüm edən psixi xüsusiyyət başa düşülür”. Milli, etnik xarakter
xalqın sosial tarixi və təbii mühiti ilə bağlı olaraq təzahür edən
dinamik psixoloji xüsusiyyətdir. Milli xarakter sosial şəraitin
dəyişilməsi ilə əlaqədar olaraq dəyişikliklərə məruz qala bilər. Bu
tarixi təcrübə ilə də təsdiqlənir. Amma, dəyişikliyin məzmun və
istiqaməti müəyyən qədər millətin özünün öz taleyinə olan
münasibətdən, o cümlədən öz xarakter əlamətlərindən asılıdır.Yəni
sosializasiya institutları xalqda, millətdə hansı keyfiyyətləri
formalaşdırmaq istəyir? Xalqı, milləti necə görmək istəyirlər? Çin
filosofu Konfutsinin belə bir fikri var: “Xalq ot, hakimiyyət isə
küləkdir. Xalqı hansı tərəfə istəsə, o tərəf də istiqamətləndirə bilər”.
Etnik xarakter, milli xarakter, psixi sima, mentalitet anlayışları
dilimizdə daha çox sinonim sözlər kimi işlədilir. Bu cəhət həmin
anlayışların xalqa, millətə məxsus olan sabit psixi xüsusiyyətləri,
nisbətən dəyişməz keyfiyyətləri ifadə etməsilə bağlıdır. Xüsusilə,
güzəran psixologiyası səviyyəsində daha da yaxınlaşdırılır və çox
zaman məhz sinonim kimi də işlədilir.
Alman filosofu İ.Kanta görə insan iki aləmə mənsubdur.
Təbiətə mənsubluq baxımından “təbiət insanı dəyişir”, mənəviyyat
cəhətdən azadlığına görə isə “insan özü-özünü dəyişir”.
Qənaətcillik və səliqəli olmaq almanların milli xarakteridir.
Amerikalıların bir-birinə sadəcə olaraq adları ilə müraciət etməsi
heç də yaxınlıq əlaməti hesab olunmur. Halbuki, bir çox ölkələrdə
belə müraciət həmin şəxslər arasında müəyyən yaxınlığın olmasını
bildirir.
Milli xarakter millətin musiqi melodiyalarında, rəqslərində də
öz əksini tapır. Bu cür müxtəliflik xalqların xarakteri, həyat tərzi,
məşğuliyyət növü, sosial və təbii mühitə olan fərqli münasibətindən
irəli gəlir. Milli azərbaycan rəqslərində kollektivizim, ispan
rəqslərində isə individualizm elementləri diqqəti cəlb edir. Ərəb
rəqslərində erotik hərəkətlər üstünlük təşkil etdiyi halda,
azərbaycan rəqslərində əksinə geyimdən tutmuş, musiqi ritmlərinə