Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə65/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
67 
tarixən yaranmış sabit birliyi, ərazi birliyi, iqtisadi həyat birliyi, dil 
birliyi; din, inanc və etiqad birliyi; adət - ənənə yaxud mədəniyyət 
birliyi. 
Şəxsi mənafeyin ön planda olması, “Mən” hissinin “Biz” 
hissindən üstün tutulması insan birliyinin xalq, əksinə “Biz” 
hissinin “Mən” hissini üstələməsi isə milli mənafeyin ön planda 
dayanması qrupun millət səviyyəsində formalaşdığını göstərir. 
Millət səviyyəsində təşkkül tapmış sosial qrup üzvlərinin bir-birinə 
qarşı tələbkarlığı, xalq səviyyəsində təşəkkül tapan qruplardan 
əsaslı şəkildə fərqlənir. Xalq səviyyəsinə insanlar arasında mövcud 
olan qarşılıqlı münasibətlərdə bir-birinə qarşı laqeydlik, etinasızlıq, 
ictimai mülkiyyətə yad münasibət müşahidə olunur. Millət 
səviyyəsində isə ictimai qınağ, ciddi münasibət, adət-ənənlərə 
hörmət ünsiyyət və fəaliyyət zamanı qarşılıqlı münasibətlərdə 
tələbkarlıq, ictimai mülkiyyətə sahiblik hissi özünü göstərir. 
Azərbaycan filosofu, prof. A.Əsədov etnosu köçəri və icma 
tayfalarının təkamül prosesinin məhsulu sayır və onun yaranmasını 
dövlətin əmələ gəlməsi ilə əlaqələndirir. O, yazır ki, dövlətin 
yaranması ilə köçərilərin və icmaçıların vahid bir etnosa doğru 
təkamülü başlayır və bu təkamül vahid xalqın formalaşması ilə 
başa çatır. Dillərin genetik qohumluğu, xalqların genetik 
qohumluğundan xəbər vermir, xalqların haçansa vahid bir dövlətin 
ərazisində yaşadıqlarından xəbər verir.
Canlıların əksəriyyətindən fərqli olaraq insan nə sürü, nə də 
ayrıca yaşayan növ adlandırıla bilməz. İnsan yanaşma növündən 
asılı olaraq, gah sosium, gah da etnos kimi nəzərdən keçirilən 
kollektivdə yaşayır. Daha dəqiq desək, hər bir insan eyni zamanda 
həm cəmiyyət üzvü, həm də xalqının nümayəndəsidir. Amma bu 
iki anlayış bir müqayisəyə gəlmir və müxtəlif təbəqələrə aiddir. 
Kollektiv daxilində olan insan iqtisadi formasiyalar vasitəsilə 
daxili səbəblər üzündən inkişafı etməsi, onun bioloji strukturu ilə 
əlaqəli deyil.
Bir şey heç kimdə şübhə doğurmur ki, yer üzərində etnos 
xaricində olan bircə adam belə yoxdur. İstənilən şəxs “Sən 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin