Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə63/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
65 
qədər hər şey bədənin konturlarının gizlədilməsinə xidmət edir. 
Dirsəklərin çiyin səviyyəsində saxlanılması milli azərbaycan qadın 
rəqsinin atributu sayılır. Bu detal azərbaycan rəqsinin fərqləndirici 
əlamətlərindən biri hesab oluna bilər. 
Milli xarakter insanların mimikasında, ekspressiyasında 
aydın surətdə nəzərə çarpır. Məsələn, yaponların ən bəd xəbəri 
gülə-gülə başqasına çatdırması bizi təəcübləndirir. Bu cəhət onların 
fərqli psixoloji xüsusiyyətlərə malik olduğunu, dünyanı başq cür 
qavradıqlarını sübut edir. Yapon filmlərinin əksəriyyətində 
qəhrəman sonda məhv olur. Hollivud filmlərində isə əksinə qələbə 
çalır və sağ qalır. Yapon dünyaduyumuna görə faciəvi sonluq həm 
də fərəhli sonluq kimi qavranılır, çünki öz borcunu nəyin bahasına 
olursa-olsun yerinə yetirən adamların iradə gücünü təsdiq edir. 
Yaponların qənaətinə görə xarakterin gücü valideynlərin iradəsinə 
qarşı çıxmaqda yox, bu iradəyə tabe olmaqda özünü göstərir. Milli 
xarakter övlad tərbiyəsində də özünəməxsus şəkildə təzahür edir. 
Azərbaycan ailəsində oğlan uşaqlarının təbiyəsi iradi 
keyfiyyətlərin, qızların tərbiyəsi isə daha çox analıq vərdişlərinin 
formalşdırılması istiqamətində həyata keçirilir. Ailə və uşaq
azərbaycanlı xarakterinin affektiv mərkəzində dayanır. Təsadüfi 
deyildir ki, “Kitabi Dədə Qorqud” dastanında oğlu olanı ağ, qızı 
olanı qızılı, oğlu-qızı olmayanı isə qara çadıra dəvət etməsi milli 
mentalitetimizdən qaynaqlanır. 
Hər bir xalq ilk növbədə özünü yaxşı dərk etmıək üçün özünə 
xas olan etnik, milli xarakterin yaxşı öyrənməli, onun müsbət və 
mənfi cəhətlərini özü üçün ayırd etməli, mənfi cəhətlərdən 
uzaqlaşmağı, müsbət tərəflərini isə inkişaf etdirməyi özü istəməli 
və bacarmalıdır. Hər bir millət özü-özünü inkişaf etdirməlidir. Elə 
xalqlar vardır ki, özü öz lətifəsində gülüş obyekti kimi təqdim 
olunur. Çox təəsüf ki, biz özümüzə gülə bilmirik. Əksər hallarda 
lətifə “qəhrəmanlarımız” özümüz olmur. Xalqın, millətin özünün-
özünə gülə bilməsi çox mühüm psixoterapevtik effekti olan 
profilaktik tədbirdir. Heç şübhəsiz bu hərəkət psixoloji cəhətdən 
sağlamlığa aparan yoldur. İkinci mənfi xüsusiyyət tənqidi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin