ETNOPSİXOLOGİYA 59
etdirən mədəni və mənəvi irslə ünsiyyətdə olmaqla, onlara
qovuşmaqla baş verir.
Uşaq üçün etnosu, milliyyəti valideynlər də seçə bilər. Belə
ki, yaşlı nəsl uşağı arzu etdiyi mədəniyyət mühiti içərisində tərbiyə
etməklə onu həmin etnosla identik edə bilər.
Etnik identiklik həm də zahiri, fiziki xarakteristika ilə
bağlııdr. Çünki, etnik identiklik sosial məkanda irqi və milli
əlamətlərlə sıx bağlı olur. Məsələn, “oreo” adlandırılan afroameri-
kanlar artıq fikir və hərəkətlərinə görə zəncidən daha çox çox
ağlara oxşayırlar. Onlar özlərini daxilən ağ, zahirən isə qara hesab
edirlər. Amma, bu o demək deyildir ki, ağlar onları öz qrupuna
daxil edəcəklər. Hətta, özünü müəyyən bir qrupun üzvü hesab
etməyə əsasları olan şəxslər də onlar üçün yad olaraq qalırlar.
Ona görə də etnik identikliyin ən mühüm vasitələrindən biri
bu prosesin qarşılıqlı qəbul etmə aktı olmasıdır. Subyektiv etnik
identikliklə askriptiv etniklik arasında dialektik əlaqə mövcuddur.
Ona görə də etnik identiklik askriptiv etnikliklə tamamlanmalıdır.
Şəxsiyyətin özünü hər hansı bir etnosa aid etməsi, onun digərləri
tərəfindən də həmin etnosun üzvü hesab olunacağına zəmanət
vermir. Əsas məsələ ətrafdakıların həmin şəxsi hansı etnosla
identifikasiya etməsi, onu necə qavramaları və qiymətləndir-
məsindədir.
Etnopsixologiyada etnik identikliyin ölçülməsinin iki modeli
göstərilir. Birinci, etnik identikliyin xətti bipolyar modeli
adlandırırlar. Bu modelə görə etnik identikliyin iki tərəfi var:
A ‹___________________› B
A- fərdin öz etnik qrupu ilə etnik identifikasiyasının yüksək
səviyyəsini göstərir(həm pozitiv, həm də neqativ);
B- başqa etnik qrupla identifikasiyanın yüksək səviyyəsi
(həqiqi və yalançı identiklik)
Bu modelə görə fərdin öz qrupu ilə etnik identiklik dərəcəsi
güclənirsə, onda dominant qrupla identiklik hissi azalır. Və yaxud
əksinə. Ona görə də hər iki tərəf bir-birilə qarşılıqlı əlaqədədir.
Başqa tədqiqatçılar isə göstərir ki, hər iki identiklik müstəqil olaraq