Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Əli bəy Hüseynzadə (1864–1940)



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə162/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   307
333 felsefe muhazireler toplusu eyani

Əli bəy Hüseynzadə (1864–1940)
XX əsr türk-İslam Şərqinin və 
Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyasının fəlsəfi əsaslarının yaradıcıların-
dan olmuşdur. “Milli Azərbaycan”, “İslam bölgəsi miqyasında intibah” və “Turan” 
konsepsiyalarına görə çar hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə 
Türkiyəyə mühacirət etmişdir. O, türk xalqlarının inkişafında Şərq-Qərb mədəni 
sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün, islamçılığın və avropalaşmanın la-
büdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini maariflənmə yolu ilə 
dünya sivilizasiyasına daxil olmaqda görmüşdür. Ə.Hüseynzadə bütün dinlərin hu-
manist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı. Sosial inqilablara 
zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, “qır-
mızı zülməti” isə inqilabın simvolu kimi qəbul edirdi. Ə.Hüseynzadə bədii-fəlsəfi 
etik əsərlərində (“Atlanmaq siyasəti” və “Füyuzat”) mücərrəd formada türkçülük
türk mədəniyyəti, bəşəriyyətin səadəti və bu səadətin bünövrəsi qismində fəlsəfi 
kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün xalqların xoşbəxtliyini maarif, it-
tihad və hürriyyətdə görür, Azərbaycana qarşı erməni millətçiliyinin ekspansiyasın-
dan bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının məzmununu açıqla-
yırdı. 
Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ideoloqlarından biri və rəhbəri 
M.Ə.Rəsulzadə (1884–1955),
əsasən Maarifçiliyin və demokratik ideoloji cərə-
yanların təmsilçisi, mütəfəkkir, ədəbiyyatçı və siyasi xadim idi. Onun fəaliyyətinin 
əsas qayəsi “Millətlərə istiqlal, insanlara hürriyyət” şüarında əksini tapmışdır. 
M.Ə.Rəsulzadə elə ilk əsərləri ilə millilik və istiqlal carçısı kimi tanındı. O, milli 
müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindəndir. M.Ə. Rə-
sulzadənin bu konsepsiyadan bəhrələnən nəzəri irsi, əsasən “Azərbaycan Cümhu-
riyyəti”, “Əsrimizin Səyavuşu”, “Milli həmrəylik”, “İstiqlal məfkurəsi və gənclik”, 


175
“Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan 
tarixi” əsərlərində açıqlanmışdır. Onun fikrincə, milli şüur və milli özünüdərk milli 
istiqlala aparan yoldur. O, Rusiya, İran və Türkiyə ilə ilhaqa getməyin əleyhinə ol-
muş, azad azərbaycançılıq ideyasına üstünlük vermişdir. M.Ə.Rəsulzadə “kültür”, 
“milli kültür”, “mədəni yaşayış”, “millilik”, “milli dil” kateqorial anlamlarını, sosi-
al fəlsəfənin və kulturologiyanın mühüm nəzəri problemlərini araşdırmışdır. “Əsri-
mizin Səyavuşu” əsərində M.Ə.Rəsulzadə milli istiqlal ideyası əsasında qurulmuş 
Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarının mülkiyyətindən, cinsin-
dən, mənşəyindən, məsləkindən və s. asılı olmayaraq bərabərhüquqlu olduğunu 
qeyd edir. Lakin o bu hüquq bərabərliyini xüsusi mülkiyyətə aid etmir. M.Ə.Rəsul-
zadə həmin əsərdə yazırdı: “Azərbaycanlılar düşünürdülər ki, mülkiyyəti tamamilə 
ortadan qaldırmaq indiki vəziyyətdə insanlarda şəxsi təşəbbüs qüvvətini zorakı ola-
raq ortadan qaldırır. Bu qüvvət olmadıqca dünya nə düzələr, nə də gözəlləşər. Sosi-
al həyat irəliləmədən düşər, insanlar bəsit bir ibtidailiyə doğru dönərlər, dünyanın 
nizamı pozular”. 
XX əsrin əvvəlində Azərbaycanda liberal milli-demokratik məfkurə ilə yanaşı, 
radikal, demokratik və marksizm prinsiplərini əks etdirən ideyalar, əsasən mülkə-
dar-burjua təmayüllü dövri mətbuatda, “Molla Nəsrəddin” jurnalında, “Hümmət” 
və s. qəzetlərdə yayılırdı. Dilə, milli mədəniyyətə, təhsil və maarifə, qadın proble-
minə, xarici, xüsusilə rus, erməni ekspansiyasına münasibətdə bu ideya cərəyanları-
nın ümumi və ya oxşar cəhətlərinə baxmayaraq xüsusi mülkiyyət, onun yenidən 
bölünməsi, zəhmətkeşlərin mülkiyyət hüquqlarının real təminatı, onların parlament 
və hakimiyyət strukturlarında iştirakı və s. sosial-sinfi maraqlarla bağlı problemlə-
rin izahında ciddi ziddiyyətlər mövcud idi. Əgər birinci cərəyan milləti və bütöv-
lükdə milli maraqları, millətin türk-İslam bölgəsi ilə əlaqələrini, hürriyyət naminə 
ittihad ideyalarını ön plana çəkirdisə, radikal cərəyanlar millətin tərkibindəki sinif 
və silklərin qarşılıqlı münasibətindən, fəhlə, kəndli, kapitalist və mülkədarların cə-
miyyətdə sosial vəziyyətindən, fanatik din xadimlərindən, xalqın adından çıxış edə-
rək onun mənafeyini tapdalayan və satan milli siyasətçilərdən bəhs edir və millətin 
maariflənməsi üçün bütün həqiqətləri xalqın başa düşəcəyi dildə çatdırmağa çalışır-
dı. Bu məsələlər “Molla Nəsrəddin” jurnalının müəllifləri 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin