196
doğurmaya bilməzdi:
indi mövcud olan hər şey artıq uzaq keçmişdə də mövcud
idi;
"indi", keçmişin əbədi dövranından başqa bir şey deyildir.
Təsadüfi deyil-
dir ki, arxaik miflərdəki süjetlərin heç birində "keçmiş", "indi" və "gələcək" arasın-
da keçidlər və ümumiyyətlə bu kateqoriyalar özləri mövcud deyildir. Dünyanın nə
vaxtsa formalaşmış ilkin halı,
həmin miflərdə demək olar ki, dəyişilmədən hər yer-
də və həmişə mövcud reallıq kimi iştirak edir. Ümumiyyətlə, mifoloji təfəkkürə də-
yişkənlik, prosessuallıq ideyaları yabançıdır. Nə vaxtsa baş verən hadisə mifdə heç
vaxt tamamlanıb başa çatmır. Ən qəribəsi budur ki, hadisə nəinki baş verib qurtar-
mır, o heç davam da etmir. Mifik hadisə haqqında yalnız onu demək olar ki, o əbə-
di mövcuddur, lakin başlanğıcı və sonu, ardıcıl aralıq mərhələləri olan proses şək-
lində deyil, mütləq,
dəyişməz olan predmet, əşya şəklində mövcuddur.
Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağı ilk dövrlərdə
qədim insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi
kimi seçib ayıra bilmirdi. Varlığın məkan və zaman xarakteristikası onunla tam bi-
tişik şəkildə təsəvvür olunurdu. Məsələn, hətta Homerdə belə "gün"
sözü zaman
anlayışı ilə hansısa bir təbii predmet kimi,
sanki prosesin "yerişi", addımı kimi tə-
səvvür olunurdu. Məkan haqqında təsəvvürün maddi
predmetlərin özündən təcrid
olunaraq, müstəqil varlıq kimi anlaşılmasına ilk dəfə olaraq atomistlərin təlimində
rastlaşırıq. Demokrit məkanı boşluqla eyniləşdirərək, onun mövcudluğunu atomla-
rın mövcudluğu qədər real hesab edirdi. Məkanı maddi predmetlərdən asılı olmaya-
raq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış
Dostları ilə paylaş: