194
formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti fiziki və kimyəvi hərəkətin cə-
mindən ibarət hesab etmək kobud səhv olardı. Yuxarı hərəkət forması aşağı forma-
larını özündə birləşdirir, bu birləşmə onların sadə cəmi yox, mürəkkəb sintezindən
ibarətdir. Buna görə də hər bir yuxarı hərəkət forması keyfiyyət özünə məxsusluğu-
na malik olub, aşağı hərəkət formalarında fəaliyyət göstərmədən spesifik qanunlara
tabedir.
Hərəkət formalarının təsnifatına dair müasir baxışlarda
müəyyən təkliflər də
irəli sürülür. Bəziləri təbiət və humanitar elmlərin nailiyyətləri əsasında hərəkətin
formalarının qeyri-üzvi aləmdə, üzvi aləmdə və cəmiyyətdə hərəkat kimi üç forma-
sını qeyd edirlər. Bu bölgünü başqa şəkildə cansız təbiətdə, canlı
təbiətdə və cəmiy-
yətdə hərəkət kimi də ifadə
edənlər var. Bu formaların hər birində yuxarıda qeyd
olunmuş hərəkət formalarının da bir neçəsi və ya hamısı sintez halında fəaliyyət
göstərirlər. Hərəkət formaları sırasında
elektron hərəkəti, kosmik hərəkət,
geoloji
hərəkət və s. kimi yeni formalar təklif edənlər də vardır. Lakin onların sayını artır-
mağa ehtiyac yoxdur. Onlar hamısı qeyd olunmuş beş formanın bu və ya digər as-
pektləri, çalarlarıdır.
Dostları ilə paylaş: