201
Bu əlaqələr zənginliyindən şüuru kənarlaşdırmaq olmaz, çünki şüursuz onlar möv-
cud ola bilməz. Ona görə də XX əsrə qədər fəlsəfə
şüurda şeylərin mövcudolma
üsullarının təsviri ilə məşğul idi. XX əsrdə isə vəziyyət dəyişmişdir. Alimlər şüur
haqqında daha çox suallar verir və onları müxtəlif formada cavablandırırdılar. Dün-
yanın izahını asanlaşdırmaq, obrazların qavrayışı şüur fenomenini izah etməyə bə-
rabərdir.
Qeyd etmək lazımdır ki, hər bir dövr şüur nədir? – sualına öz təsəvvürlərinə
uyğun cavabını da vermişdir. Nəticədə bir dövrdə şüur adlanan şey, digər dövrlərdə
şüur adlanmırdı. Şüur haqqında təsəvvürlər hakim dünya görüşü qaydaları ilə sıx
əlaqədə olmuşdur. Təsadüfi deyildir ki, antik kosmosentrizm, orta əsrlərin teosent-
rizmi və Yeni dövrün antroposentrizmi şüurun müxtəlif anlamlarını formalaşdır-
mışdır. Öz növbəsində bu və ya digər dövr adamlarının şüuru necə başa düşmələ-
rindən, onların dünya obrazları, onların mənəviyyatı necə başa düşmələri, siyasət,
incəsənət və s. asılı idi. Çünki şüur həmişə real həyatın dililə çulğalaşmışdır.
Dostları ilə paylaş: