Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Şüurun xarici determinatorları təbiət və cəmiyyətdir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə192/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   307
333 felsefe muhazireler toplusu eyani

Şüurun xarici determinatorları təbiət və cəmiyyətdir
. Bu-
na görə də şüurun məzmununa təbiət və cəmiyyət haqqında fikirlər daxildir. Bu 
mənada şüur obyektiv aləmin
 
subyektiv obrazıdır. 
Şüur yalnız insana məxsus hadisə olub, müəyyən ictimai həyat şəraitində mey-
dana gəlmişdir. 
Məhz əməyə əsaslanan ictimai həyat insanı və onun şüurunu 
yaratmışdır
. Buna görə də insan şüurunun məzmununun bir hissəsini ictimai hadi-
sələrin inikası təşkil edir. Beləliklə, insan beyninin funksiyası olan şüur, həm də ic-
timai praktikanın məhsuludur. Bu o deməkdir ki, cəmiyyətdən həmişəlik təcrid 
olunmuş adamda şüur ola bilməz. 


208
Şüurun başlıca funksiyalarından biri insanın davranış və hərəkətlərini tənzim-
ləməkdir. 
Deyilənlər göstərir ki, yüksək dərəcədə təşəkkül tapmış materiyanın, yəni in-
san beyninin xarici aləmi psixi əks etdirmək xassəsi kimi yaranan şüur materiyanın 
uzun sürən təkamülünün nəticəsi, ictimai inkişafın məhsuludur. 
 
§ 4. Mənlik şüuru 
İnsan şüuru tələb edir ki, dünyaya münasibətdə müəyyən fəal mövqeyin daşıyı-
cısı olmaq etibarilə subyekt özünü digər subyektlərdən seçib ayırsın. İnsanı özünü 
seçib ayırması, özünə müəyyən münasibət bəsləməsi, öz imkanlarını obyektivcəsi-
nə qiymətləndirməyi bacarması insan xarakteristikasının spesifik formasını təşkil 
edib mənlik şüuru və ya özünüdərketmə adlanır. Mənlik şüuru insanın özünə doğru 
yönəltdiyi şüurudur. Onun obyekti şüurun özüdür. 
Müxtəlif səviyyələrdə və müxtəlif formalarda təzahür edən mənlik şüuru tarixi 
inkişafda götürülən mürəkkəb törəmədir. Onun hal-əhval adlanan 
birinci forması
insanın öz varlığını elementar şəkildə başa düşməsinə və özünü onu əhatə edən ci-
simlər və insanlar sırasına daxil etməsinə əsaslanır. Hətta
 
şeylərin mövcudluğunun 
insandan və onun şüurundan kənarda elementar tərzdə qavranılması belə mənlik 
şüurunun müəyyən formasını tələb edir. Hər hansı bir cismin mövcudluğuna inan-
maq üçün onun qavranılması prosesinə insanın digər təbii və sosial sistemlər içəri-
sində yerini müəyyən edən və onda baş verən, mahiyyətcə xarici aləmdəki dəyişik-
liklərdən fərqlənən prosesləri nəzərə ala bilən bir mexanizm daxil edilməlidir. Psi-
xoloqlar təsdiq edirlər ki, gerçəkliyin heç olmasa qavrayış səviyyəsində dərk olun-
ması bu prosesə müəyyən bir "dünya sxeminin" daxil edilməsini tələb edir. 
Mənlik şüurunun 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin