Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 2. İnikasın forma və səviyyələri



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə189/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
§ 2. İnikasın forma və səviyyələri 
Maddi qarşılıqlı təsirlərin inikasın zəruri şərti və əsası olmasını qeyd etməklə 
yanaşı, bu proseslərin keyfiyyət spesifikliyini, onların cansız və ya canlı materiya-
da, habelə insan cəmiyyətinin inkişafındakı genetik iyerarxiyalarda baş verdiyini də 
nəzərə almaq lazımdır. Materiyanın təkamülü gedişində inikasın mürəkkəblik dərə-
cəsinə görə nizamlanan 
müxtəlif
formaları
yaranmışdır. Materiyanın inikas xassə-
sinin təkamülündə cansız təbiətdə inikas, bioloji inikas və sosial inikas yaranır. 
Cansız təbiətdəki inikas
sadə, passiv qeyri-funksional inikasdır. Passiv inika-
sa məruz qalan cansız cisim mühitin əlverişli və qeyri-əlverişli təsirlərini bir-birin-
dən fərqləndirmir, əlverişsiz təsirlərdən uzaqlaşıb əlverişli təsirlərə uyğunlaşa bil-
mir. Passiv inikas formalarında bir obyektin qarşılıqlı təsir zamanı digər obyektdə 
buraxdığı iz bu sonuncunun fəaliyyətində oriyentir rolunu oynaya bilmir. Məsələn, 
günəş şüası daşı qızdırsa da, onun fəallığının artmasına təsir göstərmir. Qeyd edək 
ki, təsir izinin olunan predmetə oxşarlığı, onların fiziki eyniyyəti (məs., güzgüdə və 
suda əksin alınması) ən sadə inikas halı sayıla bilər Bu halda inikas mövcud olsa 


205
da, sözün dəqiq mənasında hələ obraz yoxdur. Güzgü onda nəyin əks olunmasına 
qarşı tamamilə "biganədir", güzgüdə yaranan obraz isə yalnız bizim üçün obrazdır, 
lakin o, güzgü üçün obraz deyildir. Bu halda surət ilə orijinalın struktur oxşarlığı 
hələlik ətraf aləmdə düzgün oriyentasiya götürməyə, inikas effektlərinin imkanla-
rından rasional istifadə etməyə, fəallıq göstərməyə və müəyyən hərəkətləri icra et-
məyə imkan vermir. 
İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır
. Canlı orqanizm xarici tə-
sirlərə başqa cür cavab verir, o mühitə uyğunlaşır, xaricdən olan müxtəlif təsirlərə 
müxtəlif cavablar verərək, mühitin əlverişli və zərərli amillərini bir-birindən fərq-
ləndirir. Xarici təsirlərin nəticələrindən fəal istifadə edilməsinə əsaslanan bu inikası 
funksional informasiya inikası adlandırmaq olar. Bu halda informasiya geniş məna-
da, yəni orqanizmin ətraf aləmdə fəal oriyentasiyasına imkan yaradan xassəsi kimi 
başa düşülməlidir. İnformasiya inikasına məruz qalan sistem xarici təsir ilə öz halı-
nı dəyişməklə yanaşı, həm də öz hərəkətlərini buna müvafiq qurur. Məsələn, günəş 
şüasının təsirinə məruz qalan daş öz hərəkətlərini bu təsir altında qura bilmədiyi 
halda, bitki mühitdə düzgün oriyentasiya götürə bilmək üçün özünün bütün imkan-
larından istifadə edərək günəşə doğru can atır. 
İnformasiyalı inikas maddi aləmin təkamülünün canlı təbiət mərhələsində fəa-
liyyətə başlayır. Onun aşağıdakı növləri məlumdur:

birhüceyrəli sadə bitki və heyvanların qıcıqlanması;

heyvan və insanın orqandaxili reaksiyalarının tənzimlənməsi zamanı əsəb 
toxumalarının həyacanlanmaları (neyrofizioloji inikas) ; 

və nəhayət, psixi inikas. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin