Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə191/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 3. Sosial inikasın (insan cəmiyyətində) səviyyələri 
Şüurun mahiyyətindən danışmazdan əvvəl qeyd edək ki, insanın şüuru fəaliyyəti-
nə onun fikirləri, duyğuları, təsəvvürləri, hissləri, iradəsi, xarakteri və s. daxildir. 
İnsanın şüuru onun psixikasının bir hissəsidir, çünki psixika şüurdan əlavə şüu-
raltı və qeyri-şüuri prosesləri də ehtiva edir. Psixika - orqanizmin xarici gerçəkliyin 
hissi və ümumiləşdirilmiş obrazlarını yaratmaq və onların tələblərinə uyğun şəkildə 
cavab vermək qabiliyyətidir. İnsan psixikası dedikdə onun daxili, subyektiv aləmi-
nə mənsub olan hadisələr sistemi, şüuri proseslər dedikdə insanların təfəkkür və 
iradəsindən keçən psixi hadisələr və fəaliyyət növləri nəzərdə tutulur. Şüuraltı hadi-
sələr isə insan təfəkkürünün nəzarətindən kənarda qalan və buna görə də kifayət qə-
dər nəzarət oluna bilməyən mənəvi hadisələrdir. 
Şüurun nə olduğunu izah etmək üçün onun materiyaya, obyektiv reallığa mü-
nasibətini aydınlaşdırmaq lazımdır. Aləmin rəngarəng hadisələrini maddi və ideal 
hadisələrə ayırmaq olar. Maddi hadisələr obyektiv surətdə, insandan kənarda və on-
dan asılı olmadan mövcud olub "materiya" anlayışında ümumiləşdirilmişdir. Maddi 
hadisələrdən fərqli olaraq ideal, mənəvi hadisələr ikinci, maddi hadisələrdən törə-
mə olub "şüur" anlayışında ifadə olunurlar. Şüur anlayışı prinsip etibarilə maddi 
komponentləri ehtiva etmir. Bununla yanaşı, bu anlayışı təyin etmək, şüurun nə ol-
masını aydınlaşdırmaq yalnız ona görə mümkün olur ki, materiya və şüurun ümumi 
cəhətləri vardır. Bunsuz materiya və şüur heç bir münasibətdə ola bilməzdi. 
Materiya və şüurun münasibətində iki məsələni - şüurun beyinə münasibəti ilə, 
şüurun maddi aləmə münasibətini bir-birindən fərqləndirmək lazımdır. Şüurun be-
yinə münasibəti məsələsi şüurun ontoloji aspekti adlanıb bundan ibarətdir ki, şüur 
yüksək təşəkküllü materiyanın - insan beyninin xarici aləmi özündə əks etdirmək 
kimi ayrıca bir xassəsidir. Bu mənada şüur beyindən ayrılmazdır. Müasir fiziologi-
ya müəyyən etmişdir ki, bütün psixi fəaliyyətin əsasını beyində və xüsusilə onun 
böyük yarımgürəciklərinin qabığında baş verən müəyyən maddi proseslər, o cümlə-
dən fizioloji, biofiziki, neyrodinamik proseslər təşkil edir. Predmet və hadisələr in-
sana təsir edərək onun beynində müəyyən maddi proseslər yaradır və bu zaman şü-
ur həmin maddi proseslərin daxili halı kimi, ideal proses kimi meydana gəlir. 
Elm və praktika inandırıcı şəkildə sübut edir ki, insan beyni onun psixi fəaliy-
yətinin orqanıdır. Beyin inikas funksiyasını həyata keçirən və daima təkmilləşən 
mürəkkəb sistem, incə və həssas aparatdır. İnsan beyninin böyük yarımgürəcikləri 
təxminən 20 milyard əsəb hüceyrəsindən təşkil olunmuşdur. Məlum olduğu kimi, 
sistemin mürəkkəblik dərəcəsi təkcə onun elementlərinin zənginliyi ilə deyil, həm 
də əlaqələrinin sayı ilə müəyyən olunur. Bu baxımdan insan beyni nəhəng, praktiki 
olaraq saysız-hesabsız funksional əlaqələri nümayiş etdirir. Beynin fəaliyyətindən 


207
xaricdə şüur mövcud deyil. Şüur beynin daxili halı, onun funksiyasıdır, lakin bu-
nunla belə şüur idealdır və ona fiziki xarakteristikalar isnad verilə bilməz. 
Psixofiziologiya, fiziologiya, ali əsəb fəaliyyəti fiziologiyası və başqa elmlərin 
eksperimental məlumatları təkzibedilməz faktlarla sübut edir ki, şüur beyindən ay-
rılmazdır, şüuru materiyadan ayırmaq mümkün deyil. Özünün mürəkkəb biokimyə-
vi, fizioloji, neyrodinamik əsəb prosesləri ilə birlikdə götürülən beyin öz xassəsi 
olan şüurun daşıyıcısı, onun maddi substratıdır. 
Qeyd etmək lazımdır ki, şüurun beyinə münasibəti onun mürəkkəb təbiətini aç-
maq üçün də kifayət deyil. Belə ki, psixi hadisələrin fizioloji mexanizmi gerçəkliyi 
subyektiv obrazlarla əks etdirən psixikanın məzmunu ilə eynilik təşkil etmir. Şüu-
run spesifik xüsusiyyəti onun qnoseoloji aspektində, insan beynindən kənarda möv-
cud olan maddi aləmə münasibətində daha qabarıq meydana çıxır. 
Maddi aləmə münasibətdə şüur onun insan beynində ali, məqsədəuyğun, funk-
sional, sosial inikasıdır. Subyektiv reallıq olan şüur obyektiv reallığın insan beynin-
də ideal inikasıdır. Gerçəkliyi adekvat, doğru, düzgün əks etdirən şüur maddi aləm 
ilə, əks etdirdiyi predmet və hadisələr ilə eynilik təşkil etmir. Fikrimizdə, təsəvvü-
rümüzdə mövcud olan, qavradığımız dünya ilə gerçək dünya heç də eyni şey deyil-
dir. Şüur maddi dünyanın obrazı, şəkli, inikası olub, mahiyyəti etibarilə idealdır. 
Onda cisim dəyişdirilmiş şəkildə, ideal formada əks olunur. Obraz, inikas həqiqi-
dirsə, maddi olanı doğru əks etdirirsə, deməli, məzmunu etibarilə obyektivdir. La-
kin bununla belə o, maddi ilə eyni olmayıb, ona nəzərən ikinci və ondan törəmədir. 
Şüurun bütün formaları ideal olub, insanın mənəvi dünyasını təşkil edir. 
Şüur anlayışına obyektiv aləmin müxtəlif inikas formaları daxildir. Buraya in-
sanı gerçək aləmlə bilavasitə əlaqələndirən elementar inikas formalarından (duyğu, 
qavrayış, təsəvvür) tutmuş beynin yüksək məhsulu olub, cisim və hadisələrin dərin 
mahiyyətini, onların qanunauyğun əlaqələrini əks etdirən abstrakt təfəkkürə qədər 
hər şey (anlayış, mühakimə, əqli nəticə) daxildir. Bundan belə bir nəticə çıxır ki, 
şüur və abstrakt təfəkkür eyni mənalı
 
deyil. Abstrakt təfəkkür şüurun təzahür for-
malarından yalnız biri, onun yüksək dərəcəsidir. Lakin şüurun bütün elementləri 
bir-birilə əlaqədardır. Duyğu, qavrayış, təsəvvür fikrin mənbəyidir. Bunlarsız fikir 
yoxdur. Bununla belə duyğu da, qavrayış da fikri xarakter daşıyır. Beləliklə, özü-
nün bütün aspektlərində - istər beynin xassəsi kimi, istərsə də obyektiv reallığın be-
yində inikası kimi şüur öz təbiəti etibarilə idealdır. 
Şüurun meydana gəlməsini və inkişafını təmin edən xarici və daxili amillər de-
terminatorlar adlanır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin