209
şüuru haqqında düşüncələr müəyyən paradoksallıqdan da məhrum deyil. Axı özünü
dərk edə bilməsi üçün insan özünə kənardan baxmağı bacarmalıdır.
Halbuki özümü kənardan mən deyil, ancaq başqası görə bilir. Zira göz özün-
dən başqa hər şeyi görməyi bacarır. Özünü kənardan görə bilmək, özünü qavraya
bilmək üçün, sözsüz ki, insana güzgü lazımdır. Güzgüdə öz surətini görən və bunu
yaddaşında möhkəm saxlayan insan sonradan güzgüsüz də öz şüurunda özünü "kə-
nardan" görmək imkanı qazanır. Lakin güzgüdə özünü görən adam özünü inandır-
mağı bacarmalıdır ki, onun güzgüdə gördüyü adam başqası deyil, məhz onun özü-
dür. İlk baxışdan adama elə gəlir ki, onun güzgü inikası mütləq mənada onun özü-
dür. Lakin həqiqətdə bu belə deyil. Nəzərə almaq lazımdır ki, hisslərə malik olan
heyvan güzgüdə özünü tanıya bilmir. Deməli, özünü görə bilməsi üçün insanda irə-
licədən mənlik şüurunun müəyyən forması olmalıdır. Lakin insan üçün belə forma-
lar əzəli deyildir, onları insan özü quraşdırır və mənimsəyir. Həm də bu formaları
o, real güzgü ilə deyil, metaforik güzgü vasitəsilə mənimsəyir. Bu metaforik güzgü
isə digər adamlardır, insan cəmiyyətidir.
İnsanın öz-özünə münasibəti onun digər adamlara münasibətilə müəyyən olu-
nur. Mənlik şüuru təcrid edilmiş, ayrıca bir şəxsin daxili tələbatından deyil, kollek-
tiv
praktiki fəaliyyətdə, insanlararası münasibətlər sistemində yaranır.
Mənlik şüuru
nəinki müxtəlif formalarda, həm də
müxtəlif dərəcədə təzahür
edir. Yuxarıda qeyd etdik ki, müəyyən qrup hadisəni dərk etməyə çalışan insan hər
şeydən əvvəl həmin hadisələr sistemində özünün yerini, rolunu aydınlaşdırmağa və
öz şüurunun bu hadisələrdən keyfiyyət fərqini müəyyənləşdirməyə çalışır.
Lakin bu
halda insanın şüuru bütövlükdə xarici aləmə tuşlandığından onun şüuru, idrakı bila-
vasitə onun şüurlu fəaliyyət sahəsinə daxil olmur. Necə deyərlər, bu halda mənlik
şüuru hələ "qeyri-aşkar" səciyyə daşıyır. Cismin qavranılmasının bir sıra məqamla-
rı məhz bu maraqlı hadisə ilə bağlıdır. Belə bir misala baxaq. Məlumdur ki, insan
cismə
toxunduqda öz əlini deyil, cismi duyur. Bu halda hissi qavrayış insan haqqın-
da deyil, predmet haqqında məlumat verdiyindən insan şüurun yalnız "arxa planın-
da" cismə toxunduğunu hiss edir və qazanılmış informasiyanı barmaqlarının ucla-
rında lokallaşdırır. Cismə barmaqları
ilə deyil, çubuqla toxunan adamın
hissi qavra-
yışları yenə də çubuğa deyil, cismin özünə aid olacaqdır. Buna görə də çubuq şüu-
run fokusunda olmayıb, onun periferiyasında duracaq və insan bədəninin davamı
kimi qavranılacaqdır. Həm də bu halda cismin adamda yaratdığı qavrayış onun bar-
maqlarında deyil, çubuğun ucunda lokallaşacaqdır.
Şüur hadisələrinin subyektin xüsusi analitik fəaliyyət
predmetinə çevrildiyi
hallarda təzahür edən mənlik şüuru formaları
Dostları ilə paylaş: