Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə196/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   307
333 felsefe muhazireler toplusu eyani

C.Ferrey
1854– cü ildə gətirmişdir. 
İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi sistemin 
ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim yunan fəlsəfəsində idrakı və onun təbiətini 
təhlil etməyin əsasını Demokrit, Platon, Aristotel, Epikür, skeptiklər və stoiklər qoy-
muşlar. Yeni dövrdə Avropada idrak nəzəriyyəsi F.Bekon, R.Dekart, C.Lokk, B.Spi-
noza, Q.Leybnits, İ.Kant, D.Didro, G.Hegel, L.Feyerbax tərəfindən inkişaf etdiril-
mişdir. Müsəlman Şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o cümlədən Ə.Bəh-
mənyar, Ə.Sührəvərdi, E. Miyanəci, Ş. Sührəvərdi, S. Urməvi, N.Tusi, M.F.Axun-
dov və başqaları idrak nəzəriyyəsinin zənginləşməsinə öz töhfələrini vermişlər. 
İdrak problemi müasir fəlsəfədə də mərkəzi yerlərdən birini tutur. 
İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu və inkişaf qa-
nunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın 
prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. Bu təlim iki hissə-
dən - inikas nəzəriyyəsindən və elmi tədqiqatın metodologiyasından ibarətdir. 


212
İdrak nəzəriyyəsi fəlsəfənin əsas məsələsinə, xüsusən onun ikinci tərəfinə veri-
lən cavabla əlaqədardır. Məlum olduğu kimi, fəlsəfənin əsas məsələsinin həmin tə-
rəfi insan şüurunun xarici aləmi dərk etmək qabiliyyətinə malik olub-olmaması mə-
sələsindən ibarətdir. Dünyanın prinsip etibarilə dərk edilib-edilməməsi məsələsi in-
san fikrini əsrlər boyu özünə cəlb edən ən vacib fəlsəfi məsələlərdən olmuşdur. 
Fəlsəfə tarixində bu suala cavab vermək cəhdi üç əsas istiqamətin yaranması 
ilə nəticələnmişdir: fəlsəfi optimizm, skeptisizm və aqnostisizm. Optimistlər dün-
yanın prinsipcə dərk edilənliyini təsdiq edir, aqnostiklər əksinə, onu qəti inkar edir-
dilər. Skeptiklər isə prinsip etibarilə dünyanın dərk olunanlığını inkar etməsələr də, 
biliklərin səhihliyinə, həqiqiliyinə şübhə ilə yanaşırlar.
Skeptisizm öz mənşəyini qədim yunan fəlsəfəsindən almışdır. Bu istiqamətə 
mənsub olan qədim yunan və Roma filosofları belə güman edirdilər ki, predmet 
haqqında söylənilən ixtiyari mühakimə ona əks qoyulan başqa mühakimə ilə əvəz 
edilə bilər. Məsələn, fizioloji cəhətdən sağlam adam balın şirin, sarılıq xəstəliyinə 
tutulmuş adam isə onun acı olduğunu söyləyir. Belə misallara isnad etmək əsasında 
skeptiklərin çıxardıqları nəticə çox sadə idi: şeylər haqqında biri digərini istisna 
edən fikir söyləmək mümkün olduğundan həqiqi filosof şeylərin mahiyyətini dərk 
etməyə cəhd etməməli və bununla da öz ruhunun rahatlığını pozmamalıdır. 
Skeptisizm XVII əsrdə Fransada Beyl tərəfindən yenidən dirçəldilmiş və son-
rakı davamını fəlsəfi fikrin inkişafına ciddi təsir göstərmiş Kantın və Yumun aq-
nostisizmində tapmışdır. Kant dünyanın real mövcudluğunu qəbul etsə də, onu 
prinsip etibarilə dərkedilməz saymışdır. Kant təzahür ("fenomen") ilə mahiyyəti 
("noumen") bir-birindən ayıraraq şeylərin mahiyyətini "transendent" aləmə aid et-
məklə onu dərkedilməz, təzahürü isə qavrayışlarla eyniləşdirərək onu subyektiv 
elan edirdi. 
Dünyanın obyektiv mövcudluğunu qəbul edən, lakin onun adekvat idrakını in-
kar edən Kantdan fərqli olaraq ingilis filosofu D.Yum dünyanın dərkedilənliyini 
rədd etməklə yanaşı, onun obyektiv mövcudluğunu da inkar edirdi. Yum göstərirdi 
ki, insan öz duyğuları xaricinə çıxmaq və özündən xaricdə olan şeyləri dərk etmək 
qüdrətindən tamamilə məhrumdur. Yumun aqnostisizmini qısaca belə xarakterizə 
etmək olar: qavrayışlar yalnız hadisələrin vasitəsilə mövcuddur, hadisələrin arxa-
sında isə heç bir şey yoxdur. Beləliklə, Yum və Kant aqnostisizminin ümumi cəhəti 
bundan ibarətdir ki, onların hər ikisi təzahürü mahiyyətdən ayırır, onu subyektiv-
ləşdirərək dərk edən subyektin hissi qavrayışlarına müncər edir. Buna görə də fəl-
səfədə həm materializmin, həm də idealizmin görkəmli nümayəndələri aqnostisiz-
mə qarşı çıxmış, onu "orta əsrlər sxolastikasının yeni forması", "metafizik cəfəngi-
yat" adlandırmışlar. Lakin aqnostisizmin dərin elmi tənqidini yalnız dialektik fəlsə-
fə vermiş və onun əsassızlığını sübut etmişdir. Fəlsəfi fikrin çox əsrlik nailiyyətlə-
rinin varisi kimi çıxış edən müasir elmi fəlsəfə dialektikanı və praktikanı idrak nə-
zəriyyəsinə daxil etməklə inikas haqqındakı təlimi yeni, daha yüksək səviyyəyə 
qaldırdı. Bir-birilə qarşılıqlı əlaqədə götürülən iki əsas moment in'ikas prosesini ba-
şa düşməkdə müasir dialektik fəlsəfəni köhnə materializmdən köklü surətdə fərq-
ləndirir. Əvvəla, köhnə materializmin birinci nöqsanı bundan ibarətdir ki, o, biliyin 


213
meyarı və əsası olmaq etibarilə praktikanı idrak nəzəriyyəsinə daxil etməmişdir. Bu 
materializmin nümayəndələri idrakın praktiki təbiətini, idrak prosesində praktikanı, 
insanların maddi fəaliyyətinin rolunu anlamadıqlarından onun tarixi inkişafının sə-
bəblərini də izah edə bilməmiş və bu səbəbləri insanların biliyə olan təbii meylində, 
həvəsində və digər mənəvi amillərdə axtarmışlar. 
Köhnə materializmin ən böyük qüsuru isə dialektikanı idrak prosesinə, onun 
inkişafına tətbiq edə bilməməsi idi. Bu, üç mühüm amilin: insan şüuru, insanın 
praktiki fəaliyyəti və idrak obyekti arasında mövcud olan dialektik əlaqənin başa 
düşülməməsinin nəticəsi idi. 
İdrak prosesinə dialektikcəsinə yanaşılması qnoseologiyanın bütün məsələləri-
ni, o cümlədən idrakda obyektiv və subyektiv momentlərin münasibətinin, mütləq 
və nisbi həqiqətin nisbətinin və sair məsələlərin həllinə öz mənfi təsirini göstərmiş-
dir. Dialektik materializm fəlsəfəsi idrak prosesini anlamaqda əvvəlki materializ-
min məhdudluğunu aradan qaldıraraq keyfiyyətcə yeni idrak nəzəriyyəsini yaratdı. 
İdrakda praktikanın müəyyənedici rolunu aydınlaşdırmaq və idrak prosesinin təhli-
linə dialektikanı tətbiq etmək bu nəzəriyyənin qnoseologiyada yaratdığı əsaslı dəyi-
şiklikdir. Dialektik idrak nəzəriyyəsi təfəkkür qanunları ilə obyektiv gerçəklik qa-
nunlarının bir-birindən ayrı düşməsinə, birincilərin ikincilərdən təcrid olunmasına 
son qoydu. 
İndi isə dialektik idrak nəzəriyyəsinin əsas cəhətlərini nəzərdən keçirək. 
Dialektik idrak nəzəriyyəsinin əsasını dünyanın obyektiv surətdə mövcud ol-
masını və onun insan şüurunda əks olunmasını qəbul etmək təşkil edir. Bu o de-
məkdir ki, gerçəklik predmetləri və hadisələri, bunların xassələri və münasibətləri 
insanların hiss üzvlərinə təsir göstərərək onlarda müvafiq duyğular və qavrayışlar 
doğurur. Bunların əsasında insanlarda anlayışlar və məntiqi təfəkkürün digər for-
maları yaranır. 
Xarici aləm, onun predmet və hadisələri, əlaqə və münasibətləri bütün biliklə-
rimizin mənbəyidir. Buradan aydın olur ki, idrak obyektiv gerçəkliyin cisim və ha-
disələrinin, əlaqə və münasibətlərinin insan beynindəki inikasıdır. 
İdrak hər şeydən əvvəl subyektlə obyektin qarşılıqlı təsiri prosesi olduğundan 
onun praktiki təbiətini və dialektik xarakterini açmazdan əvvəl "idrak obyekti" və 
"idrak subyekti" anlayışlarının izahını verək. Bu həm də ona görə vacibdir ki, tə-
fəkkürün varlığa, ruhun təbiətə münasibətindən ibarət olan əsas fəlsəfi məsələ idrak 
nəzəriyyəsində məhz subyekt və obyektin qarşılıqlı münasibəti kimi təzahür edir. 
Qeyd edək ki, köhnə materializmin idrakda praktikanın rolu məsələsinə düzgün ya-
naşa bilməməsinin başlıca səbəbi subyektin mahiyyətinin, onun obyektlə qarşılıqlı 
tə'sirinin xarakterini düzgün başa düşməməsi idi. Bu materializm insanın sosial ma-
hiyyətini, onun dünyanı dəyişdirməyə qadir olan sosial fəallığını, yaradıcı qabiliy-
yətini nəzərə almırdı. Buna görə də burada subyekt və obyektin əlaqəsinə yalnız 
obyektin subyektə tə'siri, subyektin idrak obyektini passivcəsinə seyr etməsi kimi 
baxılırdı. Halbuki müasir idrak nəzəriyyəsinin mühüm xüsusiyyətlərindən biri ob-
yektlə qarşılıqlı təsirdə subyektin fəallığının qəbul edilməsindən ibarətdir. Obyekt 
idrakın mənbəyi olub, biliklərimizin məzmununu təşkil edir. Subyektin fəallığı, 


214
onun praktikası gerçəkliyin idrakı inikasının inkişafının əsasıdır. Obyekt öz-özünə 
deyil, yalnız praktiki fəaliyyət vasitəsilə idrak sahəsinə daxil olub, onun real məz-
mununu müəyyən edir. 
Sözün geniş mənasında idrakın subyekti konkret cəmiyyət, onun obyekti isə 
cəmiyyətin və insanın mövcudluğunun və inkişafının zəruri şərti olan təbiətdir. Sö-
zün geniş mənasında idrakın subyekti cəmiyyət olsa da, idrak prosesi ayrı-ayrı fərd-
lər tərəfindən həyata keçirilir. Odur ki, idrak prosesində cəmiyyətin aparıcı rolunu 
qeyd etməklə yanaşı, fərdin, şəxsiyyətin rolunu da unutmaq olmaz. Cəmiyyət dün-
yanı son nəticədə ayrı-ayrı adamlar, fərdlər vasitəsilə dərk edir. Cəmiyyət insanları 
təcrübə və biliklərlə silahlandırır. Müasir cəmiyyətdə, xüsusilə müasir elmi-texniki 
tərəqqi dövründə elmi fəaliyyətin təşkilinin kollektiv formaları getdikcə daha bö-
yük əhəmiyyət qazanırlar. 
Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, idrakın sub-
yekti maddi və mənəvi istehsalın müxtəlif sahələrində fəaliyyət göstərən insan 
qruplarını, ayrı-ayrı fərdləri ehtiva edən mürəkkəb dinamik sistemdir. 
Dünyanın dərk edilməsi subyektin ona fəal təsiri formasında həyata keçirilir. 
İdrak prosesində gerçəkliyin müxtəlif konkret formalarını özünün fəaliyyət sahəsi-
nə daxil edən subyekt onlara əmək predmeti və idrak obyekti statusu qazandırır. Bu 
baxımdan idrak obyekti ancaq xarici aləmlə tükənməyib, ümumiyyətlə, üzərinə in-
sanın maddi və mənəvi fəaliyyətinin yönəldiyi bütün maddi və mənəvi hadisələrdir. 
Təbiət insan və cəmiyyətin mövcudluğunun və inkişafının zəruri şərti və əsası-
dır. Təbiətin dərk edilməsi obyektiv reallığın az-çox adekvat inikasıdır. Təbiətdən 
fərqli olaraq cəmiyyət insan fəaliyyətinin nəinki obyekti, həm də subyektidir. 
Praktiki fəaliyyətdə insanın qarşısında obyektiv dünya durur, insan ondan asılı-
dır və özünün bütün fəaliyyət formalarını onun əsasında qurur. Lakin subyekt dün-
yadan asılı olsa da, o bu dünyaya sadəcə olaraq uyğunlaşmır, həm də özünün əməyi 
sayəsində onu öz tələblərinə, məqsədlərinə, vəzifələrinə müvafiq şəkildə dəyişdirir. 
Buna görə də dünyaya fəal maddi-praktiki münasibət sosial-tarixi səciyyə daşıyan 
subyekt-obyekt münasibətlərinin əsasını təşkil edir. İnsanın dünyaya münasibəti 
həmişə onun insanlara, cəmiyyətə münasibətilə şərtlənir. İnsanların sosial münasi-
bətləri isə obyekt və subyektin qarşılıqlı təsirini şərtləndirərək bütövlükdə bu pro-
sesin konkret-tarixi mənasını müəyyən edir. 
"İdrak obyekti" anlayışını ona qohum olan "idrak predmeti" anlayışından fərq-
ləndirmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi, idrak obyekti, üzərinə subyektin 
idrakı fəaliyyəti yönələn maddi və mənəvi aləmin predmet və hadisələridir. Ger-
çəkliyin yalnız subyektin idrakı fəaliyyətinə daxil olan sahəsi idrak prosesində isti-
fadə olunan idrak obyektləri içərisindən seçilib götürülən gerçəklik fraqmentidir. 
Eyni bir idrak obyekti müxtəlif elmlər tərəfindən öyrənilə bilər. Məsələn, idrak ob-
yekti olmaq etibarilə təfəkkür müxtəlif elmlərin, o cümlədən məntiqin, psixologiya-
nın, ali əsəb fəaliyyəti fiziologiyasının predmeti ola bilər. Struktur baxımından id-
rak predmeti idrak obyektindən bununla fərqlənir ki, elmi tədqiqatın məqsəd və və-
zifələrindən asılı olaraq idrak predmetinə idrak obyektinin yalnız başlıca, mühüm 
əlamətləri daxil olur. 


215

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin