211
IX FƏSİL
İDRAK NƏZƏRİYYƏSİ
§ 1. İdrak fəlsəfi təhlilin predmeti kimi
§ 2. Hissi idrak və onun formaları
§ 3. İdrak prosesində praktikanın rolu
§ 4. Fəlsəfədə həqiqət problemi
§ 5. Elmi idrakın metodları
§ 1. İdrak fəlsəfi təhlilin predmeti kimi
İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri id-
rak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inki-
şaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında
bilgi
tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi
deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə
edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir.
Başqa
sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yeni-
dən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. Öz
mahiyyəti etibarilə dünyagörüşü problemi olan və fəlsəfənin əsas məsələsinin ikin-
ci tərəfini təşkil edən bu problem idrak nəzəriyyəsi və ya qnoseologiya adlanır.
“Qnoseologiya”–
yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir.
İdrak nəzəriyyəsi aşağıdakı suallara cavab verir: İdrak nədir? Onun hansı əsas for-
maları vardır? Biliksizlikdən biliyə keçidin qanunauyğunluqları necədir? İdrakın
subyekti və obyekti nədir? İdrak prosesinin strukturu necədir? Həqiqət nədir və
onun hansı kriteriyaları vardır? və s. və i.a. Fəlsəfəyə “İdrak nəzəriyyəsi” terminini
ilk dəfə Şotlandiyalı
filosof
Dostları ilə paylaş: