§ 2. Hissi idrak və onun formaları İdrak prosesi necə baş verir? İdrakın mexanizmi necədir? Bu suallara cavab
vermək üçün idrak prosesinin strukturuna və onun inkişaf dialektikasına nəzər sa-
laq.
Yeni dövrdə qərarlaşmış fəlsəfi sistemlərin əksəriyyəti idrakda iki əsas mərhə-
ləni ayırır:
hissi və məntiqi idrak . Obyektiv reallığı dərk etməyin, dialektik yolu
canlı seyrdən abstrakt təfəkkürə doğru istiqamətlənməklə canlı seyr - abstrakt tə-
fəkkür - praktika sxemi üzrə davam edir. Lakin buradan belə nəticə çıxarmaq ol-
maz ki, guya idrak prosesi üç pillədən: hissi idrak, məntiqi idrak və praktikadan
ibarətdir. Məsələ burasındadır ki, "canlı seyr" dedikdə, adətən, "empirik idrak", yə-
ni təcrübə ilə, praktika ilə bilavasitə bağlı olan və bir o qədər də dərin olmayan id-
rak nəzərdə tutulur. Canlı seyrdə praktiki fəaliyyətlə yanaşı, hökmən fikir momenti
də iştirak edir, odur ki, onu praktika ilə hissi idrakın dialektik vəhdəti kimi anlamaq
lazımdır. Məsələnin bu cəhətini nəzərə alaraq idrak prosesinin dialektikasını belə
bir sxemlə ifadə etmək olar:
Praktika - Hissi idrak - Məntiqi idrak - Praktika Bu sxem idrak prosesi ilə insanların maddi və mənəvi fəaliyyətinin vəhdəti
haqqında yuxanda deyilənlərə tam uyğundur. Belə ki, bu sxemdə praktika konkret
idrak prosesinin həm başlanğıcında, həm də sonunda iştirak edir. Bu isə dialektik -
materialist idrak nəzəriyyəsinin belə bir müddəası ilə həmahəng səsləşir ki, prakti-
ka idrakın həm başlanğıc nöqtəsi, həm də əldə edilmiş biliklərin həqiqiliyinin me-
yarıdır. İdrak prosesi duyğulardan başlayıb, hissi idrakın gedişində əldə edilmiş nə-
ticə və faktları ümumiləşdirmək yolu ilə abstrakt təfəkkürə qədər yüksəlir.
Hiss və zəka insan idrakının iki əsas formasıdır . Genetik baxımdan hissi id-
rak rasional - məntiqi idrakdan əvvəl gəldiyi üçün hissi və rasionala müəyyən mə-
nada idrak prosesinin pillələri kimi də baxmaq olar.
İdrak prosesinin ilkin, başlanğıc mərhələsi,