76
lər də pifaqorçular kimi hərfləri və rəqəmləri cisimlərdən ayıraraq, onları müstəqil
mahiyyət hesab edir, mütləqləşdirir və ilahiləşdirirlər. Allahın
Quran vasitəsi ilə na-
zil etdiyi sözləri hərfləri, rəqəmləri, hürufilər dünyanın yaradılması üçün materiya
hesab edirdilər. Hürufilər orta əsr Avropa realistləri kimi ümumi anlayışlar şeylərin
mahiyyətini təhlil etdiyini bildirirdilər.
Hürufilik XIV-XV əsrlərdə bütün yaxın və orta şərqdə geniş yayılmışdır. Şiəli-
yin bu ifrat təriqəti – hərfləri mövcudatın mahiyyətini aşkarlamağın açarı sayanla-
rın birliyini təmsil edən və sufiliyə yaxın olan bir dini – fəlsəfi qardaşlıq təşkilatı
olmuşdur. Panteist istiqamətli fəlsəfi təlim olan hürufilikdə Allah siması bəlli olma-
yan bir qüvvə kimi təbiətlə bərabərləşdirilir, yəni Allah təbiətdə əridilir, Onun ali
törəməsi olan insanın sınmasında təzahür edir. Məşhur, - “Mənəm Allah” məhz bu
prinsipin məhsulu olaraq F.Nəiminin şuarına cevrilmişdir.
Hürufiliyin təsisçisi Fəzullah Nəimi Astrabadidir (1340-1394-cu illər). O, 1386-
cı ildən etibarən uzun müddət Şamaxıda yaşamış Teymurləngin oğlu Miranşah tərə-
findən Naxçıvanda Əlincə qalasında öldürülmüşdür. F. Nəiminin qəbri Şeyx Xorasa-
ni adı ilə bəlli olan ziyarətgahdır, Əlincə yaxınlığındakı ərazidə yerləşir.
Fəzullah Nəimi və onun şagirdləri tərəfindən yazılmış “Cavidani –Kəbir”,
“Məhramnamə” və başqa traktatlarda hürufizmin dini-fəlsəfəsi mahiyyəti şərh edil-
mişdir. Hürufilər Qurani-Kərimin əsas müddəalarının təkzib edilməsi və təfsirini
mümkün sayırdılar. Onların fikrincə kainat əbədi olaraq mövcuddur. “İlahi başlan-
ğıc” insanda. Hətta onun simasında təzahür edir, çünki, insan Allaha bənzər şəkildə
yaradılmışdır. Kainat kimi bəşər tarixinin də əvvəli
Adəm peyğəmbərin gəlişi ilə
başlanır və “Qiyamət günü” ilə bitir. “İlahi başlanğıc” insanlarda peyğəmbərlik,
müqəddəslik və ilahilik formalarında təzahür edir. Peyğəmbərin sonuncusu Mə-
həmməddir; müqəddəslərin
əvvəlincisi Əlidir, sonuncusu isə imam əl- Həsən Əsgə-
ridir. Fəzlullah Nəimi Astrabadi Allaha bənzər vücuddur. Buna görə Nəiminin
“Mənəm Allah” nidası bütün Yaxın Şərqə yayılmışdır.
Fəzlullah Nəiminin qətlindən sonra (1394-cü ildə) görkəmli Azərbaycan şairi və
filosofu İmadəddin Nəsimi, Əli əl-Əla və Mahmud Pasihani hürufi təriqətinin ən nü-
fuzlu başçıları olmuşdur, onların bütün yaradıcılığı hürufizmin yayılması və Teymuri-
lərə qarşı mübarizəyə həsr edilmişdir. Hürufizmin ideyaları və fəlsəfəsi ilə aşılanmış-
dır. Ənənəvi islamla bir araya sığmayan panteist bir təlim şəklində təşəkkül tapmışdır.
İslam panteistlərindən bəhs edərkən Orta əsr Azərbaycan şairi İmadəddin Nəsi-
minin (1369-1417) yaradıcılığına nəzər salmaq vacibdir. Nəsiminin panteizmi əsa-
sən insanla Allah arasındakı münasibətlərin şərhində acıq-aydın şəkildə özünü gös-
tərir. O, insanı “qiblə” adlandırır, yaradıcı qüvvə kimi ucaldır. “Məndə sığar iki ca-
han, mən bu cahana sığmazam”, “həqiqi təala aləm oğlu özüdür” deyərək onu Al-
lahla eyniləşdirir. Sufiliyin “ənəlhəqq” (“Mənəm Allah!”) şüarına ortaq olanda da
insanı ilahiləşdirən mütəfəkkir onu göylərə qaldırmır, əksinə, Allahı konkret insan
surətində təsvir edir.
Nəsimiyə görə, insan elə poetik aləmdir ki, kainatın bütün sirləri onda gizlən-
mişdir, o,
əzəli və əbədidir, ilahi varlığı və onun təzahürü olan dünyanı dərk etməyə
qabildir. İnsan dünyanın sirlərini ardıcıl öyrənə - öyrənə haqqın sirlərini dərk etmək
77
dərəcəsinə çata bilər. Ardıcıl panteist olan Nəsimi ruhun camaat (cansız aləm), nə-
batat (bitkilər aləmi) və heyvanlardan gerçək insana doğru inkişafını qəbul edirdi.
Onun
fikrincə maddə məhv olmur, o əbədidir, həyat da əbədidir. İnsan öldükdən
sonra da bitki şəklində yenidən həyata qayıdır, Allah aləmin bütün şeylərində təza-
hür edir. Lakin başqa panteistlərdən fərqli olaraq, Nəsimi öz fikirlərini hürufilik ba-
xımından izah etmişdir.
İslam panteizmində filosoflar Allahla dünyanın eyniliyini adekvat eyniyyət say-
mırlar, ilahi substansiyanın atributlarının müxtəlif şəkildə təzahürlərini nəzərdə tutur-
lar.
Dostları ilə paylaş: