Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə73/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   307
333 felsefe muhazireler toplusu eyani

averroizmin 
əleyhinə çıxış edirdilər. 
Averroizrm 
Orta Əsr Qər-
bi Avropa fəlsəfəsində mühüm bir cərəyan idi. Onun yaradıcısı ərəb filosofu İbn 
Rüşd olmuşdur. O, aləmin əbədiliyini, yaradılmadığını və hər şeyin səbəbiyyət əla-
qələri ilə bağlı olduğunu müdafiə edirdi. İbn Rüşd ruha bədənin forması kimi ba-
xırdı, onun ölməzliyi fikrinin əleyhinə çıxırdı. 
Bu təlim insanı fəal həyata çağırır, onun özünə olan inamını artırmağa çalışır-
dı. İntibah humanizmi insana tərəqqi etməyə qadir olan azad və hərtərəfli inkişaf 
etmiş bir varlıq kimi baxırdı. Bu humanizm bütün İntibah Dövrü mədəniyyətinin 
əsas məğzini təşkil edirdi. İtaliyada humanizm 
Dante Aligerinin, Françesko Pet-
rarkanın 
və s. mütəfəkkirlərin adı ilə bağlı idi. 
XV və XVI əsrlərdə İntibah Dövrünün humanist təfəkkürü İtaliya çərçivəsin-
dən kənara çıxaraq, İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və 
Macarıstanda da geniş yayılmışdı. İtaliya ilə yuxarıda adları çəkilən ölkələrin inti-
bahı arasında bir sıra ümumi cəhətlərin olmasına baxmayaraq, onlar bir-birindən 
fərqlənirdilər. İtaliyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti 
təbiət fəl-
səfəsi, 
çıxış nöqtəsi isə humanistlər tərəfindən bərpa edilmiş 
platonizm 
idi. 
Alpətrafı Avropa dövlətlərinin intibahında isə məntiq, dövlət fəlsəfəsi böyük 
rol oynayırdı. 
Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin nümayəndələri katoli-
sizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu. Bəzi hallarda onlar refor-
masiya hərəkatı və ideologiyası ilə mübahisələr edirdilər. Bir sıra məsələlərdə onla-
rın arasında ixtilaflar da yaranmışdı. 
XVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa 
vurdu və həyatın meydanına fəlsəfənin yeni bir sahəsi - təbiət fəlsəfəsi daxil oldu. 
O, İntibah dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin