11.Orta əsrlər Qərb fəlsəfəsində insan problemi
İ
nsana münasibətdə orta əsrlər fəlsəfəsinin irəli sürdüyü ideyaların əsasını
xristianlığın “insan Allahın surəti və bənzəridir” ehkamı təşkil edir. Bu ehkam orta
ə
srlərdə insana münasibəti antik dövrlə müqayisədə kökündən dəyişdi. Məlum olduğu
kimi antik fəlsəfənin kosmosentrizmi insanı təbiətin adi bir parçası kimi nəzərdən
keçirməyi tələb edirdi. Orta əsrlərin dini dünyagörüşü insanı təbiətlə deyil, bütün
kainatın fövqəltəbii başlanğıcı olan Allahla bağlayır. İnsanın mahiyyətini orta əsrlər
fəlsəfəsi Allahdan ona pay verilmiş ağıl və azad iradə sahibi olmasında görür. Allah özü
azad varlıq olduğuna görə, insanı da azad yaratdı. O bütün mövcudatın hakimi olduğu
kimi, təbiəti yaradaraq, insanı da onun hakimi etdi. Beləliklə sonralar İntibah
mədəniyyətinin səciyyəvi xüsusiyyətini təşkil edən humanizm ideyaları öz başlanğıcını,
məhz, orta əsrlərin dini dünyagörüşündən götürür. Orta əsrlər fəlsəfəsində insan
haqqında təsəvvürlərin digər mənbəyini insanın öz nəfsinin köləsi olması və əzəldən
günahkar bir varlıq olması haqqında ideyalar təşkil edir. Patristikanın banilərindən olan
Origen hesab edirdi ki, insan ruh, can və bədəndən ibarətdir. Ruh insanın özünə məxsus
olmayıb ona Allah tərəfindən bəxş edilmişdir və həmişə xeyirə və həqiqətə can atır. Can
isə insanın yalnız ona məxsus olan “Mən”ini təşkil edir və hər bir adama fərdiyyət
keyfiyyəti verir. Lakin insanın mahiyyətinin ən mühüm göstəricisi iradə azadlığı
olduğuna görə, xeyirlə şər arasında azad seçim etmək, məhz canın missiyasıdır, çünki
yalnız can insanı fərdiyyət kimi xarakterizə edir. Öz təbiəti etibarilə can daha ali
başlanğıc olan ruha, bədən isə cana tabe olmalıdır. Lakin canın ikili təbiəti üzündən çox
vaxt onun bədənə yaxın olan aşağı səviyyəsi onun ali səviyyəsini üstəliyir və bununla da
insanı öz nəfsinin və ehtiraslarının istəyinə əməl etməyə məcbur edir. Bu hal vərdişə
çevrildikdə insan Allahın bərqərar etdiyi təbii nizamı tərsinə çevirərək günaha batır: o,
ali məqama sahib olanı özündən aşağıda duranı tabe etdirir və bununla da şərin dünyaya
ayaq açmasına səbəbkar olur. İnsanın özünü sürüklədiyi bu rəzalətdən xilas olması üçün
öz gücü yetərli deyil; bunun üçün onun Allahın mərhəmətinə ehtiyacı var.
Dostları ilə paylaş: |