12.Orta əsrlər fəlsəfəsi tarixi proses və onun mənası haqqında
Orta əsrlərdə, ilk dəfə olaraq, tarixi şüurun formalaşması üçün əlverişli ilkin
şə
rtlər meydana çıxdı. Tarixi şüurun mövcudluğu üçün ilkin şərt keçmiş, indi və gələcək
arasındakı keyfiyyət fərqinin dərk edilməsidir. Bütpərəst dünyagörüşü isə bu fərqin
dərk edilib mənalandırılması üçün əlverişli deyildir. Bütpərəstlik insanın şüurunu əsas
etibarilə təbiətlə bağlayır, təbiət isə zaman,vaxt keçdikcə baş verən keyfiyyət
dəyişikliklərini hiss etmək üçün əlverişli mühit deyil. Təbiətdə baş verən təkamül
dəyişmələri çox ləng gedir və onları müşahidə etmək üçün bir və ya bir neçə insan
nəslinin ömrü kifayət deyildir.
Xristianlıq Allah-oğulun insanda (İisus Xristosun simasında) təcəssüm etməsini o
vaxta qədər baş vermiş bütün hadisələrdən mahiyyətcə fərqləndirir; bu hadisənin
baş verməsilə zaman bir-birindən keyfiyyətcə fərqlənən iki hissəyə parçalanır: bu
hadisədən keçmişdə baş verənlər və sonra, gələcəkdə baş verəcək hadisələr.
Beləliklə Allahın insanda təcəssümü zaman oxunda fundamental bir hadisə kimi
anlaşılar və özünün dərk edilməsi üçün insan nəslinin bütün keçmişinin yəhudi
Bibliyasında olduğu şəkildə, yəni, tarixi baxımdan nəzərdən keçirilməsini tələb
edir.
Digər tərəfdən, varlığa keçmişdən gələcəyə doğru istiqamətlənmiş tarixi
proses kimi yanaşmanın formalaşmasına xristianlıqda dünyanın sonu haqqında
esxatoloji təsəvvürlərin geniş yayılması da böyük təsir göstərmişdir. İsa
peyğəmbərin ikinci dəfə zühür edərək, haqqın divanını quracağı məşhər ( qiyamət)
gününü gərgin bir intizar içində gözləmək xristian dini şüurunun bütpərəst
dünyagörüşü ilə müqayisədə başlıca səciyyəvi xüsusiyyətlərindən birini təşkil edir.
Belə bir dini- psixoloji durum dünyada baş verən hadisələr axınını bəşəriyyətin ali
məqsədinin - məşhər gününün -yetişməsinə doğru istiqamətlənmiş proses kimi
qavramaq üçün əlverişli zəmin yaratdı. Xristianlıq sayəsində gələcək əvvəllər heç
vaxt sahib olmadığı bir dəyər qazanır: bütün ümumdünya tarixi prosesinin
yönəldiyi ali məqsəd – haqqın divanının qurulacağı gün – insanın bu dünyadakı
həyatına antik mədəniyyətə tamamilə yad olan xüsusi məna verir.
Dostları ilə paylaş: |