13.Orta əsrlər müsəlman ortodoksal fəlsəfəsi: əşərilik və mötəzililik.
Kəlam - ilk islam sxolastiası, ortodoksal dini-idealist fəlsəfi sistem nümunəsidir.
Kəlamdan mütəkəllimlər, sufilər istifadə edirdilər. Kəlam təlimi dinin normativ
ə
saslarına söykənir, onun nəzəri əsaslarını 7-8 əsrlərdə cəbərilər və qədərilər arasındakı
mübahisələr təşkil edirdi.
Mötəzəliliyin nümayəndəsi Vasil ibn Əta, Əmr İbn Übeyd (VIII əsr). Onlar öz
müəllimi ilə mübahisə edərək qədərilərdən ayrılaraq yeni bir istiqamətlə getmişlər.
Mötəzilik İslam tarixndə ilk fəlsəfi baxımdan sistemləşdirilən istiqamətdir. Onlar ağlın
dəlillərinə fikir verirdilər. Onlar teologiyanı fəlsəfə ilə birləşdirdilər və yeni bir fəlsəfə
yaratdılar. Elmi prinsiplərə əsaslanan fəlsəfənin yaranmasında mühüm rol oynamışlar.
Mütəlzilər özlərini ədalət, təkallahlılıq tərəfdarları adlandırırdılar. Prinsipləri: Ədalət.
Bu prinsip əsasən ədalət, insanın iradə azadlığını nəzərdə tutur. İnsan özünün xeyir və
şə
r əməllərinin yaradıcısıdır. Allah adildir. Təkallahlılıq prinsipi: Allah təkdir və saf,
mənəvi varlıqdır. Qurana münasibətdə Mötəzəlilər deyirlər ki, Quran Allah tərəfindən
yaradılıb. Sonradan yaradılmayıb. Vədə əməl etmək prinsipi. Allah öz vədini və
hədələrini yerinə yetirir. Aralıq vəziyyət prinsipi. Dini nöqteyi-nəzərdən günah işlətmiş
müsəlman kafir olmur. Müsəlman ilə kafir arasına aralıq vəziyyət durur. Ancaq belə
adamlar da cəhənnəmə gedəcəklər. Duyğuların təqdir olunması: hər bir müsəlmanın
borcudur ki, İsmayıl haqqı-ədaləti yerinə yetirmək üçün hər cür zorakılığa əl atsın.
Əşə
riliyin banisi Əl-Əşəri olub. Əşərilərin mütəzəlilərdən fərqini nümayəndələri öz
ə
sərində yazıblar. 1.Əl-əşəri Allahın atributlarının reallığını qəbul edir, yəni əbədiliyini
qəbul edir. 2. Əşərilər Quranın yaranmadığını, əzəli mövcudluğunu qəbul edir. 3. Əl-
Əşə
ri alın yazısına görə qədərilər ilə cəbərilər arasında aralıq mövqe tutur. O deyir ki,
insanın bütün hərəkətini Allah yaratmışdır. İnsanlar öz hərəkətini öz iradəsi və cəhdləri
vasitəsilə əldə edirlər. Bu təlim «kəsb», mənimsəmə, adlandırılır. Prinsipial
məsələlərdən biri dindar olduqdan sonra Allahı görə bilməsi idi. Əşərilər deyirlər ki,
«mömin müsəlmanlar Allahı axirət dünyasında ruhən hiss edir. Əşərilik təliminin bir
çox görkəmli nümayəndəsi olub: Əş-Bakillani, Əl-Şəhristani, Əl-Bağdadi, Əl-Cüneyli,
İ
bn Furaq, Fəxrəddin ər-Razi (XII-XIII).
Dostları ilə paylaş: |