Microsoft Word F?ls?f? az doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/50
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37719
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
felsefe cavab01az

16.Qədim və Orta əsrlər Azərbaycan ərazisində ideya-fəlsəfi cərəyanlar. 

Azərbaycanda dini mistik fəlsəfi fikirlər e.ə. 1 minillikdə Zərdüştilik fəlsəfəsində 

ifadəsini  tapmışdı.  Zərdüşt  tərəfindən  yazılması  ehtimal  edilən  Avesta  (qanun) 

Vendidad  (şər  qüvvələrin  dəf  edilməsinə  yönəlmiş  dualar),  Yasna  (ibadət  və 

qurbanvermə ayinlərinin ifadəsi) və Vispered (himnlər, alqışlar) hissələrindən ibarətdir. 

Zərdüştilik  ali  alah  Ahura  Mazdaya  tapınan  ilk  monoteist  dini  təlim  olsa  da  iki  əzəli 

başlanğıc Xeyir və Şər dualizmi ilə müşaiyyət olunmuşdur. Xeyir qüvvələrin təcəssümü 

olan  Ahura  Mazdanın  şər  qüvvələrin  idarə  edicisi  Əhrimənə  qarşı  mübarizəsində 

insanlar  müşahidəçi  deyil  fəal  iştirakçıdırlar.  Xeyirxah  düşüncə,  xeyirxah  söz  və 

xeyirxah  əməllərin  vəhdətini  gerçəkləşdirən  bəşər  insanı  Ahura  Mazdanın  əbədi 

qələbəsinin  təminatçısına  çevrilir.  Avesta  Midiyalıların  və  Maqların  müqəddəs  kitabı 

kimi  Yunan  filosofları  Anaksimandr,  Anaksimen,  Empedokl,  Heraklit,  Demokrit  və 

Platona məlum idi. Hegel, Şellinq, Nitsşe və bir sıra qərb filosofları Zərdüşt ideyalarını 

təqdir  etmişdilər.  Sasanilər  dövründə  Zərdüştülüyün  yeni  sistemləşdirilməsi  onun 

ehkamçı  dövlət  dininə  çevrilməsi  ilə  sonuclanır.  Azərbaycan,  İran,  Orta  Asiya, 

Ə

fqanıstan və Ön Asiyanın bir çox yerlərində əsas dini təlim olmuş Zərdüştilik müasir 



dövrdə  İranda  gəbrlər,  Hindistanda  isə  parslar  tərəfindən  qorunur.  Zərdüştülük  təlimi 

Zarvanizm,  Maniçilik,  Məzdəkilik,  Xürrəmilik  cərəyanlarının  əsas  ideya  mənbəyini 

təşkil edir. 

Zərvanilik  Zərdüşt  fəlsəfəsindən  qaynaqlanan  iki  zidd  qüvvə  Ahura  Mazda  və 

Ə

hrimənin törədicisi kimi sonsuz zaman və tale tanrısını ilk başlanğıc qəbul etmiş dini 



mistik  fəlsəfi  cərəyandır.  Sasanilər  dövründə  zərvanilik  Zərdüştiliklə  yanaşı  mövcud 

olmuş,  xüsusilə  imperiyanın  cənub  qərbində  herbedlər  və  şimali  şərqində 

mobedlərrarasında  yayılmışdır.  Zərdüştlüyün,  xristianlığın  və  buddizmin  ayrı-ayrı 

ünsürlərini özündə toplayan maniçilik təlimi III əsrdə İranda və Orta Asiya ölkələrində 

ortaya çıxıb, yayılmışdır. Onun banisi Mani (216-276) xalis dualizm mövqeyindən çıxış 

edərək  göstərirdi  ki,  aləmin  başçısı  iki  varlıqdır:  1-cisi  işıq,  digəri  qaranlıq.  Maninin 

fikrincə xeyir,  mürvət,  fayda, sevinc,  nizam  birlik-işığın,  şər,  əksiklik, zərər, kədər isə 



qaranlığın  işidir.  Lakin  maniçiliyin  təlimi  uzun  müddət  yaşamış  və  V  əsrin  sonunda 

məzdəkilərin  ideya  mənbəyi  olmuşdur.  Мəzdəkilik  təlimi  maniçiliyə  yaxın  olsa  da 

nikbinliyi  və  inqilabi  əhvali  ruhiyyəsi  ilə  ondan  seçilirdi.  Məzdək  deyirdi  ki,  maddi 

nemətlər  hamıya  bərabər  düşməlidir.  Lakin  insanlar  bir-birinə  ədalətsizlik  edib  qeyri-

bərabərlik  yaratmışlar.  Buna  görə  də  əmlak  varlılardan  alınıb  yoxsullar  arasında 

bölüşdürülməlidir. Onların ideyaları Xürrəmilər tərəfindən inkişaf etdirilir. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin