14.Sufizm və onun müsəlman Şərqində yeri.
Sufizm islam tarixində ən mürəkkəb dini-fəlsəfi cərəyandır. Sufizm VII-VIII
ə
srlərdə yaranmış, VIII əsrin sonu X əsrin əvvəllərində yayılmışdır. Onlar hədisləri
toplamaqla məşğul olur, şifahi şəkildə Quranı yayırdılar. Суфизмин 12 əsas və 54
törəmə qolları mövcuddur; Sührəvərdiyyə, mövləviyyə, Şimali Afrikada Əş
Şə
dulliyə, Nəqşbəniyyə, Xəlvətiyyə, Heydəriyyə, Müridizm.
Sufilərin ali məqsəli Allaha mistik şəkildə qovuşmaqdır. Sufilərdə nəzəriyyə
ilə praktika vəhdət təşkil edir. Varlıq təlimində belə hesab edirlər ki, yeganə varlıq
Allahdır. Allah intuitiv qovuşma vasitələrilə dərk edə bilər. Sufilərin
qnoselogiyasında idrakın 3 forması: mühazirə, aşkar etmə, və daxili müşahidə
hallarıdır. Mühazirə elm əhli üçündür, aşkar etmə ayin əhli üçündür, daxili müşahidə
həqiqət əhli üçündür. Fəlsəfi fikir tarixində sufizm 2 yerə - Mötədil (Qəzali), İfrat
(M.Həllac) ayrılır. Sufi təlimində allaha qovuşmaq üçün 3 pillə var: 1) şəriət; 2)
təriqət; 3) həqiqət. İfrat sufilərdə təbiət, insan, allah birləşirdi. Allahı dərk etmək
insanın özünü dərk etməsi deməkdir. Bunların təriqət yollarından, məqamlarından
keçərək müəyyən vaxtda mürşidin icazəsilə vəcdə gəlir və ani olaraq ilahiyə qovuşur.
Hal hər bir məqamı tamamlıyan vəziyyətdir. Sufi ədəbiyyatının yaradılması X-VI
ə
srə aiddir.
Dostları ilə paylaş: |