Əhatə dairəsinin müəyyənləşdirilməsi mərhələsi ƏMSSTQ prosesinin ilkin mərhələsi – bu
mərhələdə təfsilatlı qiymətləndirilmə tələb
edəcəyi güman edilən əsas məsələlərin
ilkin dəyərləndirilməsi aparılır.
Əhəmiyyətli dalğa hündürlüyü 1/3 ən hündür dalğaların orta dalğa
hündürlüyü (dalğanın
ətəyindən
zirvəsinədək).
Əsas kimi qəbul edilmiş layihə variantı Layihənin ƏMSSTQ sənədi çərçivəsində
təsvir olunmuş
və qiymətləndirilmiş
variantı.
Ətraf Mühitə Təsir / Ekoloji təsir Qismən və ya bütövlüklə təşkilatın
fəaliyyətləri, məhsulları, yaxud xidmətləri
nəticəsində ətraf mühitə istər mənfi,
istərsə də müsbət dəyişiklik.
Ətraf Mühitə Təsirin Idarə Olunmasi Prosesi Layihənin
ətraf mühitə
təsirlərini
müəyyənləşdirməyə və başa düşməyə,
eləcə də təsirlərin qarşısını almağa,
təsirləri minimuma endirməyə, təsirlərə
qarşı təsirazaltma tədbirləri görməyə və
təsirləri bərpa etməyə çalışan və layihənin
bütöv qüvvədəolma müddətini əhatə edən
proses.
Ətraf Mühitin İdarə Olunması Sistemi Hər hansı təşkilatın fəaliyyətlərinin,
proseslərinin və yekun ekoloji təsirlərinin
planlaşdırılması, idarə olunması və
sənədləşdirilməsi məqsədi ilə yaradılmış
sistem.
Ətraf mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) Layihə və onun əlaqədar fəaliyyətləri ilə
bağlı olan ətraf mühitə və sosial-iqtisadi
sahəyə təsirlərin sistematik şəkildə
müəyyənləşdirilməsi və qiymətləndirilməsi
Ətraf Mühitin Mühafizəsi haqqında Qanun Təbii ehtiyatlardan istifadə, Dövlətin və
onun vətəndaşlarının hüquq və vəzifələri,
iqtisadi fəaliyyətlərə dair ekoloji tələblər,
ətraf mühitlə bağlı fövqəladə hallar və təbii
fəlakət zonaları və s. kimi məsələləri
ehtiva edən Azərbaycan qanunvericiliyi.