Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi
terminlər lüğəti
Hasilat
Karbohidrogen ehtiyatlarının kollektordan
çıxardılması.
Hasilatın Pay Bölgüsü Haqqında Saziş
(HPBS)
Hökumət və hasilatçı şirkət (yaxud
şirkətlər qrupu) arasında imzalanmış
müqavilə növü.
Həlqəvi qurdlar
Uzunsov, silindrik və buğumlu
gövdəsi ilə
fərqlənən həlqəvi qurdlar tipindən olan
müxtəlif qurdlar və ya qurdabənzər
orqanizmlər.
Hidrat
Bunlara təbii qaz molekulları, adətən, buz
molekullarında tutulan metan qazı
molekulları aid edilir. Hidratlar aşağı
temperatur
və yüksək təzyiq şərtləri
altında boru kəmərlərində və qazın
texnoloji emal edildiyi qurğularda əmələ
gələ bilir.
Hidratlar boru kəmərlərini
tıxaclaya və hasilat əməliyyatlarına
əhəmiyyətli dərəcədə təsir göstərə bilir.
Dostları ilə paylaş: